Qarətçilər inkassatorlardan yarım milyon avro apardılar

Cümə günü səhər Romada bir qrup qarətçi inkassator maşınına hücum edərək ondan yarım milyon avro pul aparıblar. Bu barədə yerli hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Cümə günü səhər Romada bir qrup qarətçi inkassator maşınına hücum edərək ondan yarım milyon avro pul aparıblar.

Bu barədə yerli hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Hadisə paytaxtın qərbində baş verib. Maskada olan silahlı 4 nəfər yerli supermarketdən pul aparmağa gələn bir neçə inkassator maşınına hücum edib.

İlkin məlumata görə, üzərində "polis" yazılmış jiletlərdə olan qarətçilər üç kassiri tərk-silah ediblər və pulları da götürərək xarici dövlət qeydiyyat nişanlı furqonda ərazidən uzaqlaşıblar.

Qarət nəticəsində xəsarət alan olmayıb. Polis vertolyotunun da köməkliyi ilə cinayətkarların axtarışını aparır. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31