Gündəm

Rusiyanın müdafiə naziri MDB ölkələrini Suriyanın bərpasında iştiraka çağırıb

6 İyun 2018 11:26

“Sizi Suriyada əmin-amanlığın yaradılmasında iştirak etməyə çağırıram”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Tıva Respublikasının Kızıl şəhərində keçirilən iclasında bildirib.

Politoloq: “Başımızın altına yastıq qoymağa ehtiyac yoxdur"

6 İyun 2018 11:21

“Moskvada Azərbaycana simpatiyası olan və Dağlıq Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə edən bir neçə siyasi ekspert və jurnalist var, ara-sıra Bakıya da gəlirlər. Dəstəyə görə sağ olsunlar, ancaq başımızın altına yastıq qoymağa da ehtiyac yoxdur. Açıqlama verirlər ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salıbmış, sadəcə Nikol Paşinyanın qəfil hakimiyyətə gəlişi bu planları pozub. Bu iddia yumşaq desək nağıla oxşayır, Serj Sərkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyib və niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etməyib?”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Borca görə ölkədən qaçmaq istəyən saxlanıb

6 İyun 2018 11:19

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Növbədənkənar sessiyanın gündəliyi açıqlandı

6 İyun 2018 11:18

Azərbaycan Milli Məclisinin iyun ayının 12-də keçiriləcək növbədənkənar sessiyada plenar iclasının gündəliyi məlum olub.

Əgər beyin ölübsə...

6 İyun 2018 11:16

Rəşad Mahmudov: “Bu adamın bütün orqanları fəaliyyət göstərsə belə həmin şəxs haqqında ölüm qərarı qəbul olunur”

Sarayevoda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

6 İyun 2018 11:13

Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin Baş katibi Rövşən Muradov Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Baş nazirin müavini və iqtisadiyyat naziri Mirko Sarovic, sabiq baş nazir, xarici işlər naziri Zlatko Lagumdzija və Sarayevo şəhərinin meri Abdullah Skaka ilə görüşüb.

Cəbhədən xəbər var

6 İyun 2018 11:12

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Bu ölkə ABŞ prezidentinin ətrafına nələr payladı?

6 İyun 2018 11:10

Səudiyyə hökuməti ABŞ-ın eks-prezidenti Barak Obamanın 2009-cu ildə ölkəyə səfəri zamanı köməkçilərinə qiymətli əşyalarla dolu çantalar verib.

Putin Trampı təriflədi - Cəsarətli...

6 İyun 2018 11:07

Ümid edirik ki, ABŞ və Şimali Koreya liderləri arasında görüş baş tutacaq və bu, müsbət nəticə verəcək. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Çin mətbuatına müsahibəsində deyib.