Bu ölkə ABŞ prezidentinin ətrafına nələr payladı?
Səudiyyə hökuməti ABŞ-ın eks-prezidenti Barak Obamanın 2009-cu ildə ölkəyə səfəri zamanı köməkçilərinə qiymətli əşyalarla dolu çantalar verib.
6 İyun 2018 11:10 DünyaSəudiyyə hökuməti ABŞ-ın eks-prezidenti Barak Obamanın 2009-cu ildə ölkəyə səfəri zamanı köməkçilərinə qiymətli əşyalarla dolu çantalar verib.
Axar.az xəbər verir ki, bu iddia ilə "Qardian" nəşri Barak Obamanın katibi (nitqlərini tərtib edən) Ben Rodsun kitabına istinadən xəbər yayıb. Ben Rodsun kitabında 2009-cu ilin iyununda ABŞ rəsmilərinin qolf maşınları ilə Səudiyyə kral ailəsinin onlar üçün hazırlatdığı mənzillərə aparıldığı qeyd olunub.
"Qaldığım mənzilin qapısını açanda böyük bir çanta gördüm. Çantanın içi qiymətli əşyalarla dolu idi. Əvvəlcə Obamanın buradan sonra səfər edəcəyi Qahirədə müsəlman dünyasına xitab edəcəyi "Qahirə nitqini" yazacağım üçün mənə rüşvət verildiyini sandım, ancaq sonra səfərdə olan digər şəxslərə də bənzər hədiyyələr verildiyinin fərqinə vardım", - Ben Rods kitabında bildirib.
Qeyd edək ki, sandıqda gümüş saat, qol düymələri və s. tipli hədiyyələrin olduğu da qeyd edilib.