Gündəm

Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülə bilər, əgər...

14 İyun 2018 12:10

Birləşmiş Ştatların Rusiyadakı sabiq səfiri Maykl Makfol ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bəyan edib.

Azadlıq meydanında rənglənmə işləri aparılır

14 İyun 2018 12:06

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Dəmir yolunda daha 7 km yol əsaslı təmir olunur

14 İyun 2018 12:04

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

14 İyun 2018 12:02

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar, 15 iyun 2018-ci il tarixdən 20 iyun 2018-ci il tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

Düşmən mövqelərimizi iriçaplı pulemyotlardan atəşə tutub

14 İyun 2018 12:01

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub.

Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib

14 İyun 2018 11:53

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində Rustavi və Marneulidə bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib.

Azərbaycanın və Gürcüstanın regionları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var

14 İyun 2018 11:51

Azərbaycanın və Gürcüstanın regionları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Azərbaycanın iş adamları Gürcüstanın bütün bölgələrinə, xüsusən də Kvemo Kartli-Borçalı bölgəsinə sərmayə qoya bilərlər. Bu regionda yaşayan azərbaycanlılar bölgə əhalisinin 45 faizini təşkil edir. Onlar həm bu bölgənin, həm də Gürcüstan dövlətinin möhkəmlənməsində mühüm rol oynayırlar.

Musiqili Teatrda həftəsonu

14 İyun 2018 11:48

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Olaylar.az bildirir ki, Musiqili Teatr iyunun 15-də “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev), 16-da “Hacı Qara” (M.F.Axundzadə), 17-də isə “Talelər qovuşanda” (R.Hacıyev, E.Ocaqov, F.Zöhrabov) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq. Teatr kollektivi iyunun 14-də saat 10:30-da “Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı) tamaşası ilə rusdilli balaca teatrsevərlərin görüşünə gələcək.

Tramp Putindən nə xahiş edəcəyini açıqladı

14 İyun 2018 11:36

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə eyni masa arxasına oturacağı halda ondan ilk xahişinin nə olacağını açıqlayıb.

Yaponiya: "ABŞ bizi tək buraxmayacaq"

14 İyun 2018 11:34

ABŞ və Yaponiya arasındakı müttəfiqlik münasibətlərində dəyişiklik olmayacaq.