Gündəm

Həbsdə olan Fədayə Laçının yeganə istəyi...

29 İyun 2018 10:31

Bakıda məhbusların qaçması faktına görə həbsdə olan müğənni Fədayə Laçının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş məhkəməyə göndəriləcək. Bu barədə müğənninin vəkil Türkəl Süleymanlı deyib.  O bildirib ki, Fədayə Laçının vəziyyəti hazırda normaldır. Yeganə istəyi azadlığa qovuşmaqdır. 

Azərbaycanın peşəkar fotoqrafı vəfat etdi

29 İyun 2018 10:28

Tanınmış fotomüxbir və peşəkar fotoqraf, Əməkdar Jurnalist və Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli Yaşar Xəlilov 84 yaşında dünyasını dəyişib. 1934-cü il aprelin 11-də Bakıda anadan olan Yaşar Xəlilov əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetinin idman şöbəsində başlayıb və bunun maraqlı tarixçəsi var. Atası ona təzə fotoaparat bağışlayır. Yaşar fotoaparatı götürüb dostları ilə birlikdə Bakıdakı Dağüstü Parka gedir.

Dünya Kubokunda İLK - Yaponiya sarı kart sayəsində irəli düşdü

29 İyun 2018 10:25

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında bir ilk yaşanıb. Seneqallar eyni xala sahib olan Yaponiya qaydalara görə Seneqaldan daha az sarı kart aldığı üçün 16-lığa daxil olub.

“Evli kişinin məşuqəsi olaram” deyən Könül: “Kabinetdə ehtirasla üstümə cumub, məni...” - VİDEO+FOTOLAR

29 İyun 2018 10:22

“Ul(duz)lu söhbət”in növbəti qonağı son vaxtlar açıq-saçıq geyimləri ilə gündəmi bir-birinə vuran tanınmış aparıcı Könül Yusifqızıdır. Səmimi etiraflarından xoşum gəldi. Amma bu müsahibədən sonra, onu özü demişkən, baltalamasalar yaxşıdır. – Açıq-saçıq geyimlərinə görə səni loru dillə desəm, “asıb-kəsənlər” az olmadı… Bu səni qıcıqlandırdımı?

Azərbaycan-Türkiyə ortaq layihəsində GÖZLƏNİLMƏZ YENİLİK

29 İyun 2018 10:21

Azərbaycanla Türkiyənin təməlini qoyduğu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsində yeniliyə imza atılacaq. TANAP xətti ilə Azərbaycan qazı ilə yanaşı, Türkmənistan, İraq və Şərqi Aralıq Dənizi bölgələrinin də qazı Türkiyədən keçərək Avropaya daşınacaq.

Aİ ölkələri miqrasiya ilə bağlı razılığa gəldi

29 İyun 2018 09:49

Avropa İttifaqının (Aİ) liderləri ölkələr arasında yaranmış miqrasiya böhranını nizama salmaq üçün razılıq əldə edib. Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro ödəniləcək. Bu barədə Aİ-nin ötən gün keçirilən iclasında açıqlama verilib. Aİ liderləri arasında 9 saata yaxın davam edən iclas zamanı birgə qaçqın düşərgələrinin yaradılması və birlik şəklində köçkünlərin (miqrantların) hərəkət etməsinin məhdudlaşdırmasına qərar verilib.

Mövsümə “O olmasın, bu olsun”la yekun vurulacaq

29 İyun 2018 09:47

Azərbaycan Dövlət Musiqili Teatrı iyul repertuarını açıqlayıb Olaylar.az  repertuarı təqdim edir: 1 iyul - Ü.Hacıbəyli. “Ər və arvad” 6 iyul - Ü.Hacıbəyli. “Arşın mal alan” 7 iyul - Ə.Əmirli. “Nuri-didə Ceyhun”

Türkiyə “S-400” sistemlərini almaqdan imtina etməyəcək

29 İyun 2018 09:41

“Türkiyə Rusiyadan “S-400” sistemlərini almaqdan imtina etməyəcək”. Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Bloomberg” telekanalına müsahibəsi zamanı ABŞ-ın Türkiyəyə qarşı Ankaranın Rusiyadan “S-400” sistemlərini almaq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməsi imkanını şərh edərkən bildirib.

Bakıda ərəb turist kanalizasiya quyusuna düşdü - VİDEO ​​​​​​​

29 İyun 2018 09:22

Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb.  Hadisə Bakıya səyahət edən ərəb əsilli turistin başına gəlib.

“Qılınc və qələm” romanı Türkiyədə

29 İyun 2018 09:14

Yazıçı, şair, dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı iki cilddə çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib. Roman qurumun dəstəyi və “Zengin Yayıncılık” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində çap edilib.

Bayağı verilişlərə reytinq qazandıran cəmiyyətdir -  Nuşirəvan Məhərrəmli

29 İyun 2018 09:10

“Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir”. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, özəl telekanallardakı verilişlərdə bayağılıq, proqramların səviyyəsinin qənaətbəxş olmaması düşündürücü faktordur.

Amerika vətəndaşlarına xəbərdarlıq etdi – Türkiyənin bu əyalətlərinə getməyin

29 İyun 2018 09:05

Amerika Daxili İşlər Nazirliyi vətəndaşlarına Türkiyəyə getməmək haqqında xəbərdarlıq etdi. Olaylar.az bildirir ki, Amerika vətəndaşlarına Türkiyənin 15 əyalətində istirahəti onların həyatı üçün təhlükəli ola biləcəyini əsas səbəb kimi vurğulayır. Türkiyə Amerikanın təhlükəli hesab etdiyi dördüncü  turist ölkəsidir.

Terrorçular məhv edildi

29 İyun 2018 08:42

Neft tankerində yanğın: 10 ölü

29 İyun 2018 08:32

Nigeriyanın Laqos limanında neft tankerində baş vermiş yanğın nəticəsində azı 10 nəfər ölüb. Yanğın genişlənərək yaxınlıqdakı avtomobillərə də keçib, onlarla nəqliyyat vasitəsinin yandığı bildirilir.

İrandan daha bir addım: İsfahandakı uran zavodu yenidən işə başladı

29 İyun 2018 08:22

ABŞ Prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən geri çəkilməsindən 51 gün keçərkən, rəsmi Tehran uranı zənginləşdirməklə bağlı işləri həyata keçirmək istiqamətində bir addım atıb. İran, bu ay Birləşmiş Millətlərə bağlı olan Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirdiyi kimi, İsfahanda UF6 (uran heksaflorid) istehsal edən zavodu yenidən açıb.