Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) müstəqil hərbi qüvvə kimi fəaliyyətini dayandırıb.

Bu barədə SDQ-nin komandanı Məzlum Əbdi məlumat verib.

Əbdi bildirib ki, qrupun missiyası başa çatıb və onun ayrıca hərbi struktur kimi ləğvi ilə yanaşı, qüvvələrin Suriya dövlət qurumlarına inteqrasiyası tamamlanıb.

"Bu gün Suriya Demokratik Qüvvələrinin missiyasının başa çatdığını elan edirik və onun müstəqil hərbi qüvvə kimi ləğvini rəsmən bildiririk", - deyə Əbdi açıqlayıb.

Məlumata görə, Əbdi Dəməşqdə Suriya Prezidenti Əhməd əl-Şaraa və digər rəsmilərlə hərbi, təhlükəsizlik və inzibati məsələlərin müzakirəsinə dair danışıqlar aparıb.

SDQ-nin ləğvi bu ilin əvvəlində əldə olunan razılaşma çərçivəsində həyata keçirilib. Razılaşmaya əsasən, kürd qüvvələrinin Suriya dövlətinin hərbi və digər strukturlarına mərhələli şəkildə inteqrasiyası nəzərdə tutulurdu.

Qeyd edək ki, SDQ 2015-ci ildə ABŞ-ın dəstəyi ilə yaradılıb və Suriyada İŞİD-ə qarşı mübarizədə Vaşinqtonun əsas tərəfdaşlarından biri olub. Qrup uzun müddət ölkənin şimal və şərqində geniş ərazilərə nəzarət edib.Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31