Gündəm
"Nazənin pul verib məni həbs etdirmək istəyir"
Təranə Qumral ilə Nazənin arasındakı qalmaqal yeni mərhələyə qədəm qoyub. Nazənin son müsahibəsində Təranə barədə verdiyi açıqlamada ikinci tərəfin onu ölümlə hədələdiyini iddia edib. Daha sonra ifaçı bildirib ki, Qumral onu nömrəsiz maşınlarla təqib edir, tanımadığı nömrələrdən zəng vuraraq qorxudur. Təranə Qumral isə açıqlamasın bunları konkret olaraq şər-böhtan adlandırıb:
Əməkdar elm xadimi şəxsi kitabxanasını universitetə hədiyyə etdi
Azərbaycan Dillər Universitetində Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adına layiq görülən, Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib. Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus olan 10 cildlik “История XIX века” və 65 cildlik “Большая Советская Энциклопедия: История до Камбиформ” və digər yüzlərlə dəyərli kitablardan ibarət şəxsi kitabxanasını ADU kitabxanasına hədiyyə edib.
İnstaqramdan daha bir YENİLİK
Artıq instaqram sosial şəbəkəsində eyni anda dörd nəfər istifadəçi söhbətə qoşula biləcək. Instagram özünün yeni funksiyasını təqdim edəcək. Sosial şəbəkədə videozənglər vasitəsilə eyni anda dörd nəfər istifadəçi ilə söhbət etmək imkanı təklif ediləcək:
Məişət tullantılarını yandıran şəxsə 500 manat CƏRİMƏ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanaraq yandırıldığı, ətrafa tüstü və iy-qoxunun yayıldığı aşkar edilib. Araşdırma zamanı tullantıları Goranboy rayon sakini Baris Mövlayev tərəfindən yandırıldığı məlum olub.
Sənət Mərkəzi müsabiqə elan edir
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Mənim yay tətilim-2018” respublika uşaq rəsm müsabiqəsi elan olunur.
Məşhur İran filmi nümayiş olundu
İran Mədəniyyəti Günləri çərçivəsində iyunun 28-də Nizami Kino Mərkəzində rejissor Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş etdirilib. Olaylar.az buildirir ki, ilk olaraq çıxış edən əməkdar İncəsənət Xadimi Ayaz Salayev İran kinosunun yeniliklərindən söz açıb. Kinoşünas Ayaz Salayev bildirdi ki, iranlı kinematoqrafçılar real hadisələri ekrana gətirməklə tamaşaçıları həyata daha geniş gözlə baxmağa sövq edir.
Ərdoğanın təbliğatçısı öldürüldü - TERRORÇULARDAN MESAJ
Türkiyənin Ağrı vilayətində PKK qruplaşmasının üzvləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan Fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib.
Nazirlikdən növbəti aksiya
Polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti aksiya keçirilib. Olaylar.az bildirir ki, “Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara eko çantalar paylanılıb.
Qəzet redaksiyasında atışma - Ölənlər var
ABŞ-ın Merilend ştatının paytaxtı olan Annapolis şəhərində qəzet ofisi qarşısında atışma baş verib. Hadisə nəticəsində bir neçə nəfər həyatını itirib. Yerli jurnalistlərin ehtimalına görə, silahlı insident "Capital Gazette" nəşrinin ofisində baş verib.














