Aİ Ukraynanın Qara dəniz limanlarında əməliyyatların bərpasına üstünlük verir- ÖZƏL

Aİ Qara dənizdəki Ukrayna limanlarının yenidən açılmasını strateji prioritet hesab edir. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti António Kosta Ukrinform-a verdiyi müsahibədə bildirib.
"Aİ-nin aydın prioritetləri var: Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək, Qara dənizdə naviqasiyanı bərpa etmək və növbəti qışa hazırlıq görmək", - deyə o bildirib.
Dəniz logistikası mütəxəssislərinin fikrincə, Rusiyanın Ukraynanın Qara dəniz limanlarına və orada yerləşən nəqliyyat gəmilərinə sistematik hava hücumları Qara dənizin şimal-qərbində nəqliyyatın hərəkətini kəskin şəkildə azaldıb və bu da Ukraynadakı münaqişə zonasına Aİ və NATO silah çatdırılmasını əhəmiyyətli dərəcədə çətinləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31