Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
13:25 SiyasətRusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Hörmətli Mehriban Arif qızı.
Sizə olan dərin ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Əminəm ki, ikitərəfli qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək, yeni birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə imkan yaradacaq".