Aİ ölkələri miqrasiya ilə bağlı razılığa gəldi
Avropa İttifaqının (Aİ) liderləri ölkələr arasında yaranmış miqrasiya böhranını nizama salmaq üçün razılıq əldə edib. Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro ödəniləcək. Bu barədə Aİ-nin ötən gün keçirilən iclasında açıqlama verilib. Aİ liderləri arasında 9 saata yaxın davam edən iclas zamanı birgə qaçqın düşərgələrinin yaradılması və birlik şəklində köçkünlərin (miqrantların) hərəkət etməsinin məhdudlaşdırmasına qərar verilib.
29 İyun 2018 09:49 DünyaAvropa İttifaqının (Aİ) liderləri ölkələr arasında yaranmış miqrasiya böhranını nizama salmaq üçün razılıq əldə edib. Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro ödəniləcək.
Bu barədə Aİ-nin ötən gün keçirilən iclasında açıqlama verilib. Aİ liderləri arasında 9 saata yaxın davam edən iclas zamanı birgə qaçqın düşərgələrinin yaradılması və birlik şəklində köçkünlərin (miqrantların) hərəkət etməsinin məhdudlaşdırmasına qərar verilib.
Müzakənin yekununda imzalanan bəyanata əsasən, yaradılacaq mərkəzlər çərçivəsində yeni miqrantların qəbulu və yerləşdirilməsi prosesi ölkələrin qarşılıqlı istəyi və könüllülük əsasında aparılacaq.
Eyni zamanda Aİ sərhədlərinin daha da möhkəmləndirilməsi, Avropaya mühacirətin qarşısının alınması məqsədilə Türkiyə, Mərakeş və Şimali Afrika ölkələrinə yüksək miqdarda yardım edilməsinə də qərar verilib. İlkin olaraq suriyalı qaçqınlar üçün Türkiyəyə verilməsi planlaşdırılan 3 milyard avro təmin edilib.
Afrikada miqrasiya layihələrinə isə 500 milyon avro köçürüləcəyi planlaşdırılır. Publika.az