Türkiyə “S-400” sistemlərini almaqdan imtina etməyəcək
“Türkiyə Rusiyadan “S-400” sistemlərini almaqdan imtina etməyəcək”. Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Bloomberg” telekanalına müsahibəsi zamanı ABŞ-ın Türkiyəyə qarşı Ankaranın Rusiyadan “S-400” sistemlərini almaq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməsi imkanını şərh edərkən bildirib.
29 İyun 2018 09:41 Dünya"Türkiyə Rusiyadan "S-400" sistemlərini almaqdan imtina etməyəcək".
Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Bloomberg" telekanalına müsahibəsi zamanı ABŞ-ın Türkiyəyə qarşı Ankaranın Rusiyadan "S-400" sistemlərini almaq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməsi imkanını şərh edərkən bildirib.
İ.Kalın bildirib: "Türkiyə suveren ölkə kimi belə məsələlər üzrə müstəqil qərarlar qəbul etmək hüququ var. Türkiyə haradan və hansı müdafiə sistemləri və texnologiyaları alacağına özü qərar verir".
Onun sözlərinə görə, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edərsə buna müvafiq cavab veriləcək. İ.Kalın qeyd edib ki, ABŞ-ın belə bir addımı yalnız ikitərəfli münasibətlərə ziyan vuracaq və Türkiyə öz mövqeyindən geri dönməyəcək.