Si Cinpin ŞƏT sammitində təşkilatın inkişafı və beynəlxalq məsələləri müzakirə edəcək- ÖZƏL
12:14 DünyaÇin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian mətbuat konfransında bildirib ki, Çin sədri Si Cinpin Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin gedişatını müzakirə etməyi və digər liderlərlə mühüm beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, Diplomat qeyd edib ki, bu il Bişkekdə keçiriləcək sammit zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin iştirakçı ölkələrin liderləri ilə birlikdə ŞƏT çərçivəsində bütün sahələrdə və yeni şəraitdə əməkdaşlığın genişləndirilməsi, eləcə də cari, vacib beynəlxalq və regional məsələlər barədə dərin fikir mübadiləsi aparacaq. O, həmçinin təşkilatın keyfiyyətli inkişafını, eləcə də qlobal idarəetmə sisteminin islahatlarında və qurulmasında iştirakını təmin etmək üçün planlar və tədbirlər hazırlayacaq.