Gündəm
“Çin arzuları” Çin dilinin öyrənilməsi
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Çin partiyalararası dialoq: tarix və perspektivlər” adlı tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Teatrda premyera - “Öldürsənə məni, Caniko”
İyulun 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək. Olaylar.az bildirir ki, tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.
"Əsli və Kərəm" açıq havada nümayiş olundu
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub. Kollektiv "İpək yolu" IX Beynəlxalq musiqi festivalı çərçivəsində Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşası ilə çıxış edib. Olaylar.az bildirir ki, çox böyük uğurla keçən tamaşa Şəkidəki Yuxarı Karvansaray abidə kompleksində açıq havada baş tutub. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib. Quruluşçu rejissor Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeyster Sevzixan Serderovdur.
Xalçalarımız DÜNYANIN ƏN MƏŞHUR jurnalında
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan xalçalarının dünyada satışının təşkil olunması məqsədilə mühüm tədbirlər həyata keçirir. Belə ki, beynəlxalq xalça bazarı araşdırılır, bu sahə üzrə fəaliyyət göstərən şirkətlərlə əlaqələr yaradılır, “Azərxalça”nın məhsulları ənənəvi satış-sərgilərə çıxarılır, xalçalarımız haqqında nüfuzlu nəşrlərdə yazılar dərc etdirilir, onların reklamı təşkil olunur.
ABŞ şirkətləri İran bazarını tərk etmək istəyir
ABŞ şirkətləri İran bazarını tərk etmək istədiklərini elan ediblər. Bunu ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk bildirib. Huk brifinq zamanı deyib: "50-dən çox şirkət ABŞ-ın tələbi ilə İran bazarını tərk etmək niyyətləri haqqında bəyan ediblər, xüsusən də enerji və maliyyə sektorlarını".
Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib - RƏSMİ
Bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır.
“Panikaya əsas yoxdur” - Kəmaləddin Heydərov
"Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb". Bunu açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Prezident Mingəçevir İES-da baş vermiş qəzanı nəzarətə götürdü
Mingəçevir İES-da baş verən hadisə ilə əlaqədar Azərbaycan prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məlumatfa deyilir: “İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır.
FHN işıqla bağlı məlumat yaydı
Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır. FHN-dən APA-ya verilən məlumata görə, yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”, deyə FHN rəsmisi bildirib.
Bakı və bəzi rayonlar qaranlığa qərq oldu - YENİLƏNİB
Almaniyada iranlı diplomat saxlanıldı - Terrora görə
Fransada mümkün terror hücumunun qarşısının alınması ilə bağlı əməliyyatlar çərçivəsində Almaniyada iranlı diplomat saxlanılıb.
Şanxayda qeyri-adi bina inşa olunub
Rəsmi Bağdad Kərkük neftinin Türkiyəyə ixracı üçün danışıqlar aparır
İraq Kərkük neftinin yenidən Ceyhan limanından ixracına başlamaq üçün Türkiyə və İraq Kürd Regional Rəhbərliyi (İKRR) ilə danışıqlar aparır.
Almaniya pomidoru Marsda yetişdirməyi planlaşdırır
Almaniyada kosmik oranjereyanın uçuşuna hazırlıq aparılır. Bir il – ilyarımdan sonra oranjereyada Marsa uçuş üçün nəzərdə tutulan pomidorlar yetişməlidir. Cəmi bir neçə il keçəcək və indiyədək fantastik görünən missiya – Marsa uçuş reallığa çevriləcək.














