“Çin arzuları” Çin dilinin öyrənilməsi

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Çin partiyalararası dialoq: tarix və perspektivlər” adlı tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. 

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş "Azərbaycan-Çin partiyalararası dialoq: tarix və perspektivlər" adlı tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. 

Konfutsi İnstitutunun müəllimi İlamu Yibulayin Çin dilinin öyrənilməsinin "Çin arzuları"nın başa düşülməsinə kömək etdiyini söyləyib.

Tədbir çərçivəsində Xuçjou Universiteti tərəfindən Çində təşkil olunan yay düşərgəsində iştirak edəcək ADU-nun Konfutsi İnstitutunun Çin dili kurslarının dinləyicilərinə diplomlar təqdim olunub. Düşərgənin proqramına Çin dilinin intensiv tədrisi, Çinin mədəniyyəti və tarixi üzrə mühazirələr kursu, həmçinin geniş mədəni tədbirlər daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31