Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
21:00 SiyasətPrezident İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib.
Olaylar xəbər verir ki, bu barədə dövlətimizin başçısı Daşkənddə mətbuata bəyanatında bildirib.
"Şavkat Miromonoviç, sizi münasib vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim", - deyə Azərbaycan Prezidenti qeyd edib.
O, hər iki tərəfin ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırmaq üçün birgə çalışacağına əminliyini ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31