Rəsmi Bağdad Kərkük neftinin Türkiyəyə ixracı üçün danışıqlar aparır

İraq Kərkük neftinin yenidən Ceyhan limanından ixracına başlamaq üçün Türkiyə və İraq Kürd Regional Rəhbərliyi (İKRR) ilə danışıqlar aparır.

İraq Kərkük neftinin yenidən Ceyhan limanından ixracına başlamaq üçün Türkiyə və İraq Kürd Regional Rəhbərliyi (İKRR) ilə danışıqlar aparır.

Bu barədə ölkənin neft naziri Cabbar Əli əl-Layibi deyib. O bildirib ki, ixracın davam etdirilməsi qərarı müzakirələrin nəticəsindən asılı olacaq.

Nazirin sözlərinə görə, Kərkük neft yatağından hasilat hələ də gündəlik 220 min barreldir və bütün bu həcmlər yerli neft emalı zavodlarına göndərilir.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyində keçirilən mübahisəli müstəqillik referendumdan sonra İraq hökumət qüvvələrinin nəzarətinə keçən Kərkükdən ötən ilin oktyabr ayından etibarən Kərkük-Ceyhan boru xətti ilə neft ixracı dayanıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31