Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
21:00 SiyasətAzərbaycan və Özbəkistanın irəliləmək üçün çox dəqiq fəaliyyət planı var.
Olaylar xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında söyləyib.
"İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir", - deyə dövlətimizin başçısı vurğulayıb.
"Buraya üçdəbir hissəsi layihələrlə təmin olunmuş investisiya fondunu, həmçinin Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu, artıq milyardlarla investisiya deməkdir", - deyə Prezident əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31