Gündəm

2019-cu ilin “Nəsimi ili” elan edilməsi çox əlamətdar hadisədir

16 Yanvar 2019 12:00

Bu, onun dünyada məhz Azərbaycan şairi kimi tanınmasına böyük təkan olacaq

Yunus Oğuzun kitabları ABŞ-ın İndiana Universitetinin kitabxanasında

15 Yanvar 2019 15:35

ABŞ-ın İndiana Universitetindəki kitabxanada artıq Azərbaycanın tanınmış şair və yazıçılarının kitablarına da rast gəlmək mümkündür. Bu barədə “OLAYLAR”-a məlumat verən Amerikada yaşayan həmyerlimiz Elman Eldaroğlu deyib ki. 80 mindən çox tələbənin təhsil aldığı universitetin kitabxanasında olarkən bu faktla qarşılaşıb. Onun sözlərinə görə, burada texniki elmlərlə yanaşı, dünya xalqlarının 72 dili tədris olunur və araşdırılır: "Universitetin 10 mərtəbəli çox nəhəng kitabxanası var. Bu kitabxanada on ildən artıq biblioqraf işləyən, özbəkistanlı Əkrəm Həbibullayevdən xahiş etdim ki, məni kitabxananın türkdilli kitablar olan bölməsinə aparsın. Bölmədə Azərbaycan yazarlarının kitabları az da olsa, var”.