Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənniFədayə Laçının barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə  onun vəkili Nurəngiz Qarayeva bildirib.

Onun sözlərinə görə, müğənni barəsində çıxarılan hökmdən narazı qaldığı üçün məhkəməyə müraciət edib. F.Laçın məhkəmədən barəsində şərti cəza verilməsini istəyir.

N.Qarayeva söyləyib ki, apellyasiya şikayəti birinici instansiya məhkəməsinə təqdim olunub.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisiCeyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ayFuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 ilGünay Atakişiyeva 6 ilAqil Nəcəfov 9 ilİsrafil Soltanov 7 ilŞahmar Bəyəlizadə 7 ilTərlan Zeynalov 7 il,Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 ilmüddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31