Dünya
Rusiyanın İrkutsk vilayətində "Rosneft"in yatağında partlayış olub
Rusiyanın İrkutsk vilayətində "Rosneft"ə məxsus Verxneçonsk yatağında yanğınla müşayiət olunan partlayış baş verib.
Türk Hava Yollarında təmizləmə əməliyyatı
Türk Hava Yollarının (THY) qiyamçı qruplarla (FETO) əlaqəli olan əməkdaşları tutduqları vəzifələrdən uzaqlaşdırılırlar. “OLAYLAR”-ın xəbərinə görə, 15 iyul hadisələrindən sonra THY-nin 15-i pilot və 211 personal heyəti vəzifədən uzaqlaşdırılıb. İyulun 27-dən isə THY-də yeni bir təmizləmə əməliyyatına başlanılıb.
İrəvanda həkimləri girov götürən qiyamçıların TƏLƏBİ
Yerevanda post-patrul xidməti alayının binasında təcili-tibbi yardım həkimlərini girov götürən silahlı qruplaşma girovların azad edilməsi qarşılığında öz şərtlərini irəli sürüb.
İstanbulda dövlət çevrilişi cəhdi ilə bağlı 2 224 nəfər barəsində həbs qətimkan tədbiri seçilib
İstanbulda Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 2 224 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Avstraliya sakini lotereyada tropik ada qazanıb
Avstraliya sakini əsas mükafatı Kusaie tropik adası olan lotoreyanın qalibi olub.
Türkiyəni Fətullahın cinləri xərab edib?
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin arxasında FETÖ, yəni Fətullahçı Terror Örgütünün dayandığı əsas versiyadır, yaxud Türkiyədə artıq sübut edilmiş hesab olunan həqiqətdir. Bu versiyaya görə Fətullah Gülən uzun illərdir öz adamlarını Türkiyə Silahlı Qüvvələrinə yerləşdirib, onları general, ordu generalı rütbələrinə qədər irəlilədib və sonda Ərdoğanı devirmək üçün düyməyə basıb. Bəs Fətullah Gülən bu qədər generalı, Türkiyə ordusunun minlərlə, yaxud on minlərlə personalını, zabitlərini necə ələ ala bilib? Axı Türkiyə Silahlı Qüvvələri ənənəvi olaraq qatı Atatürkçü hesab olunurdu?
Azərbaycanlı qız Acunun kanalında rekord qırdı
Azərbaycanlı ifaçı Məltəm Abbasova “Rising Star Türkiyə” səs yarışmasına qatılıb.
Ermənistandakı daxili siyasi vəziyyətin Qarabağ probleminin həllinə təsiri
Ermənistanda daxili siyasi vəziyyət hər ötən gün daha da gərgin xarakter alır. İyulun 17-dən müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azad edilməsi tələbi ilə polis idarəsinə edilən silahlı hücum və bunun ardınca paytaxt İrəvanda keçirilən kütləvi aksiyalar Sərkisyan hakimiyyəti üçün əməllicə başağrısına çevrilib.
Əhməd Davudoğlu: Azərbaycan Türkiyə-Rusiya əlaqələrinin normallaşmasına töhfə verdi
Türkiyənin Azərbaycan və Qazaxıstanla məsləhətləşmələri Rusiya ilə münasibətlərin normallaşmasına öz töhfəsini verdi.
Fransa kilsəsinə hücum - Keşişin qatili polis nəzarətində imiş
Fransanın şimalında yerləşən kilsədə keşişi öldürməkdə şübhəli bilinən insanlardan biri polis nəzarətində olub, rəsmilər məlumat verir.
Çörək almağa gedən qız qaçırıldı
Türkiyədə çörək almağa gedən 15 yaşlı qız qaçırılıb.
Türkiyədəki hərbi çevriliş cəhdinin təfərrüatları
Türkiyədə hərbi çevrilişə cəhddə Silahlı Qüvvələrin 8651 hərbçisi iştirak edib.
Uşaq həbsxanasında dəhşətli İŞGƏNCƏ
Avstraliyanın Darvin şəhərindəki "Don Dale" adlı uşaq və yeniyetmələr üçün nəzərdə tutulan həbsxanada tətbiq edilən işgəncələr ölkəni ayağa qaldırıb.
“Rusiyada 220 potensial kamikadze var”
Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə 220-dən artıq potensial kamikadzenin olduğunu müəyyən edib.
"Gürcüstan hakimiyyəti azərbaycanlıları sıxışdırır" - Deputat
Gürcüstanda azərbaycanlıların Elat bayramını keçirməsinə əngəl törədilib. İllərdir qeyd edilən bayramın əngəllənməsi soydaşlarımızın etirazına səbəb olub.














