Türk Hava Yollarında təmizləmə əməliyyatı

Türk Hava Yollarının (THY) qiyamçı qruplarla (FETO) əlaqəli olan əməkdaşları tutduqları vəzifələrdən uzaqlaşdırılırlar. “OLAYLAR”-ın xəbərinə görə, 15 iyul hadisələrindən sonra THY-nin 15-i pilot və 211 personal heyəti vəzifədən uzaqlaşdırılıb. İyulun 27-dən isə THY-də yeni bir təmizləmə əməliyyatına başlanılıb.

Türk Hava Yollarının (THY) qiyamçı qruplarla (FETO) əlaqəli olan əməkdaşları tutduqları vəzifələrdən uzaqlaşdırılırlar. "OLAYLAR"-ın xəbərinə görə, 15 iyul hadisələrindən sonra THY-nin 15-i pilot və 211 personal heyəti vəzifədən uzaqlaşdırılıb. İyulun 27-dən isə THY-də yeni bir təmizləmə əməliyyatına başlanılıb.

Xəbərə görə bundan sonra THY təyyarələri uçuş anında kapitan pilot və köməkçisi kabinədən ayrıla bilməyəcək. Buna səbəb kimi kapitan və ya köməkçisinin kabinədə təkbaşına qalması zamanı təyyarənin idarəsini əlinə keçirib kamikaze hücum etmə ehtimalı göstərilib.

Qeyd edək ki, indiyə qədər THY təyyarələrində kapitan pilot və ya köməkçi pilotun eyni anda kabinədə olmaq məcburiyyəti yox idi. Məlumat üçün onu da qeyd edək ki, keçən ilin mart ayında Barcelona-Düsseldorf səfərini həyata keçirən Airbus A320 təyyarəsini kapitan pilotun çölə çıxmasını fürsət bilərək qapını bağlayan köməkçi pilot Andreas Lubitz təyyarəni bilərəkdən yerə salmış və 150 adam həyatını itirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00