Dünya

Türkiyədə 29 iş adamı saxlanıldı

2 Dekabr 2016 18:01

Dekabrın 2-də İstanbul, Ankara və İzmirdə Fəthullah Gülən tərəfdarlarına qarşı növbəti əməliyyat keçirilib. Polis əməliyyat zamanı 29 iş adamını saxlayıb.

Köçəryan Ermənistandan gedir

2 Dekabr 2016 17:08

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya paytaxtına yollanır. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, 1in saytı ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyandan keçmiş dövlət başçısına 2017-ci ildəki parlament seçkilərində hansı rol veriləcəyi ilə maraqlanıb.

Çimizdə Azərbaycana kömək edənlər var

2 Dekabr 2016 16:48

Ermənistan Müdafiə Nazirliyi təmas xəttinin Xocavənd istiqamətində bir neçə erməni əsgərin yaralanması və birinin ölməsi barədə ötən gün virtualaz.org və haqqin.az saytları tərəfindən yayılan məlumatla bağlı “Azadlıq” radiosunun erməni xidmətinin sorğusunu cavablandırıb.

Robotların ümumdünya sammitinin keçiriləcəyi yerin adı AÇIQLANDI

2 Dekabr 2016 16:36

2020-ci ildə robotların birinci ümumdünya sammitinin keçiriləcəyi yer bəlli olub. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Sekon bildirib. Onun sözlərinə görə, sammit Tokoname və Minamisona şəhərlərində keçiriləcək.

Barselona aeroportunda zibil torbalarında 1 milyon avro daşıyan iki nəfər saxlanılıb

2 Dekabr 2016 16:33

İspaniya Vətəndaş Qvardiyası Barselona beynəlxalq hava limanında iki Çin vətəndaşından qanunsuz yolla daşınan 1 milyon avrodan çox vəsait müsadirə edib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

“Quş qripi”nə yoluxan 5 min ördək məhv edilib

2 Dekabr 2016 15:54

Fransada H5N8 virusu (“quş qripi”) aşkarlanan 5 min ördəkdən 2 mini öldürülüb, qalan 3 min ördək isə profilaktik tədbir görmək məqsədi ilə ayrılıb.

Turist vizaları üçün rüsumu ləğv edib

2 Dekabr 2016 15:51

Tailanda birdəfəlik giriş üçün turist vizası müvəqqəti olaraq pulsuz olacaq. Bu barədə Tailand Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin internet səhifəsində məlumat verilib.

“Cəbhədə ölmək sərfəlidir? Onda göndərək nazirləri, prezident administrasiyasının işçilərini...”

2 Dekabr 2016 15:44

İrəvanda təmas xəttində ölən və yaralanan əsgərlərə ödəniləcək kompensasiyanı işləyən vətəndaşlardan ayda 2 dollar yığmaqla 30 və 15 min dollara çatdırmağı (müvafiq olaraq) nəzərdə tutan qanun layihəsinə qarşı növbəti etiraz aksiyası keçirilib.

Universitetdə kütləvi dava -VİDEO

2 Dekabr 2016 15:14

Antalyada Akdeniz Universitetinin girişində iki tələbə arasında düşən dava universitetin içinə qədər gedib çıxıb.

Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK TƏFƏRRÜATI

2 Dekabr 2016 15:07

Bu həftənin əvvəlində Kolumbiyanın Medelyin şəhəri yaxınlarında dağ yamacına çırpılaraq qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

İstanbulda yanacaqdaşıyan maşın partlayıb: ölən və yaralılar var - VİDEO

2 Dekabr 2016 15:04

İstanbulun Böyükçəkməcə bölgəsində maye yanacaqdaşıyan maşın partlayıb. Hadisə təmir zamanı baş verib. İlkin məlumata görə, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İntihar etməmişdən öncə Facebook-da bu statusu yazdı

2 Dekabr 2016 15:00

Kayseridə bir qız özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. İntihardan sonra sosial şəbəkə hesabında: "Qəbul edirəm ki, o qədər də yaxşı bir insan deyiləm, amma bu qədər şərəfsizliyi də haqq etmədim. O zaman yaşamaq üçün ölmək lazımdır", - yazdığı məlum olub.

Azərbaycanlını döyüb, 630 mini oğurladılar

2 Dekabr 2016 14:21

Ötən gün Sankt-Peterburqun Primorsk rayonunda cinayətkarlar avtomobil mərkəzinin menecerindən 630 min rubl oğurlayıblar.  Məlumata əsasən, 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, təxminən 22:15 radələrində Kolomyajsk prospektində, bina 20-nin qarşısında baş verib.