Dünya

"Azərbaycanı araşdırmış" kəşfiyyatçı zabit "mavi" və İŞİD-çi çıxdı 

2 Dekabr 2016 14:11

Almaniyanın milli kəşfiyyat və əks-kəşfiyyat strukturu olan "Bundesamt für Verfassungsschutz" (BFV) əməkdaşı, 51 yaşlı şəxsin homoseksual, habelə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına meylli adam olduğu aşkarlanıb.

Qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanılıb

2 Dekabr 2016 14:03

Moskva şəhər rəhbərliyi qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlayıb. Bu barədə Rusiyanın Daşınmaz Əmlakların İstifadəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

Serj Sarkisyanla ABŞ-ın yeni vitse-prezidenti arasında telefon danışığı olub

2 Dekabr 2016 14:01

Ötən gün Ermənistan prezidenti Serj Sarkisyanla ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Mayk Pens arasında telefon danışığı olub.

Eurovision-2017: Tarix bəlli oldu

2 Dekabr 2016 13:57

“Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək. Bu barədə müsabiqənin təşkilatçısı olan “UA:Birinci” Ukrayna milli telekanalının mətbuat xidmətinin məlumatında bildirilir.

Terror təhlükəsi: 20 bina boşaldıldı

2 Dekabr 2016 13:46

Türkiyənin İzmir şəhərində terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunublar.

Dünya tarixinin ən bahalı hədiyyəsi elan olundu 

2 Dekabr 2016 13:31

ABŞ-ın "Forbes" jurnalı dünya tarixinin ən bahalı 10 hədiyyəsini müəyyən edib. Onların arasında Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, Rusiyanın "BİN" şirkətlər qrupunun prezidenti milyarder Mixail Qutseriyevin oğluna bu ilin martında etdiyi toy da yer alır. 

Üstündən çıxanlar polisi şok etdi

2 Dekabr 2016 13:29

İtaliya polisi illərdir axtardığı "Rəqqas" ləqəbli Marsello Pesceni bir qəsəbədə gizləndiyi evdə tutub. 

Avropa qan gölünə dönəcək

2 Dekabr 2016 13:12

Avropa İttifaqının (Aİ) polis xidməti (Avropol) qitə ərazisində yeni terror aktları barədə xəbərdarlıq edib. Avropol İŞİD terror qruplaşmasının yaxın vaxtlarda Avropada yeni hücumlar həyata keçirməyi planlaşdırdığını bildirib.

Yeni günah tapıldı

2 Dekabr 2016 13:09

Türkiyədə Cübbeli Ahmet Hoca olaraq məşhurlaşan Ahmet Mahmut kişilərin də başıaçıq gəzməsinin böyük günah olduğunu deyib.

Amnistiya aktı

2 Dekabr 2016 13:05

Qazağıstanın müstəqilliyinin 25 illi ərəfəsində ölkənin 30 min sakini amnistiyaya düşə bilər. Bu barədə ölkə parlamentində jurnalistlərlə söhbətində Qazağıstanın baş prokurorunun müavini İohan Merkel deyib. “Hazırda dəqiq vaxtı deməkdə çətinlik çəkirəm, lakin biz 30 minə qədər insan saymışıq”-deyə prokuror bildirib.  

Marsda həyat başlayacaq?

2 Dekabr 2016 13:00

2027-ci ildə Mars planetində həyat başlayacaq. Məlumata görə, orada insan həyatının başlaması üçün hazırlanan layihənin adı “Mars One”dır. Layihənin rəhbəri Bas Lansdorp bildirib ki, Marsda yaşamaq üçün 200-min insan müraciət edib. Hələ ki, onlardan 50 kişi və 50 qadın seçilərək müəyyən testlərdən keçirilirlər. Sonda isə ilk mərhələ üçün 4 insan seçilib, Marsa göndəriləcək.

Trampdan  önəmli mesajlar

2 Dekabr 2016 12:57

“ABŞ xarici ölkələrdə hökumət və rejimlərin devrilməsi cəhdi istiqamətində apardığı siyasətə son qoyacaq”. SİA xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən gün Ohayonun Sinsinati şəhərində seçiciləri ilə keçirdiyi görüşündə bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın xarici siyasətinin əsas hədəfi xaos yaratmaq deyil, sabitliyin təmin olunması olacaq. Bu baxımdan, yeni siyasət əvvəlkilərdən köklü şəkildə fərqlənəcək.

Döyüşə qadınlar gedir! 

2 Dekabr 2016 12:55

ABŞ administrasiyası ötən gün Pentaqonun qadın vətəndaşların hərbi qeydiyyata alınması təklifini faktiki olaraq dəstəkləyib. SİA xəbər verir ki, bu barədə Ağ Ev yanında Amerikanın milli təhlükəsizlik məsələləri üzrə rəsmi nümayəndəsi Ned Prays bəyan edib.   

"Ermənistan Rusiyanın loyallığına şübhə ilə yanaşır"

2 Dekabr 2016 12:47

Dağlıq Qarabağda aprel ayında baş vermiş eskalasiyadan sonra Ermənistanda Rusiyanın İrəvana qarşı loyallığı barədə şübhələr yaranıb.

Görünməmiş vəhşilik: 650 min insan əzabla ölə bilər

2 Dekabr 2016 12:40

"İraq və Şam İslam Dövləti" (İŞİD) misli görünməmiş qəddarlığı, cəlladlığı ilə tanınsa da, yeni vəhşiliyə əl atıb. Terror təşkilatı hələ də əlində saxladığı Mosul şəhərinin içməli su sistemini darmadağın edib.