Dünya
Alkoqol zəhərlənməsindən ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır. Şəhərin Lenin rayonun prokuroru Stanislav ZubovskiRİA "Novosti" agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Şəhərdə 40-dək satış nöqtəsində "Boyarışnik" içkisinin satıldığı müəyyənləşdirilib. Zəhərlənməyə səbəb olan spirtli içkini yayan iki nəfər artıq tutulub. Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb. Apa.az
İrəvanda Suriya qaçqını olan erməni intihar etdi
Suriyadan qaçqın kimi Ermənistana sığınan erməni Yerevanda intihar edib. Suriya vətəndaşı olan 40 yaşlı Qabriel Jan Başarmyanözünü 8-ci mərtəbədən atıb. Həmin vaxt qardaşı da onun yanında olub, lakin intihara mane ola bilməyib. Hadisə ilə bağlı araşdırma aparılır. Report.az
Avropanı parçalayan, Trampı prezident edən adam – MƏXFİ SİSTEM
Böyük Britaniyanın Avropa İttifaqından çıxması və ABŞ-da Donald Trampın prezident seçilməsində “Facebook” sosial şəbəkəsində fərdiləşdirilmiş reklam texnologiyasının böyük rolu olub. İsveçrənin “Das Magazin” jurnalında yayımlanan məqalədə hər şey açıq şəkildə göstərilir. Bu materialı əksər jurnalistlər “ilin məqaləsi” adlandırır. Burada hər şey var: universal silah kimi istifadə olunan ən yeni texnologiyalar, gündəlik həyatın izlənilməsi, sirli sifarişçilər və yoxsuldan şahzadəyə çevrilmə. Hansı ki, bu texnologiyanın artıq pis əllərə düşdüyü qeyd olunur.
Bu il dünyada 74 jurnalist həlak olub
Bu il dünyada azı 74 jurnalist həlak olub. Bu barədə "Sərhədsiz reportyorlar" təşkilatının məlumatında bildirilib.
Süni intellekt daha təhlükəsiz akkumulyatorların yaradılmasına kömək edəcək
Yenidən doldurulan litium ion akkumulyatorları elektronikada (xüsusilə mobil qurğularda) geniş istifadə olunur. Litium ion akkumulyatorları yüksək enerji sıxlığı, sabit tutuma və kiçik enerji boşalmasına malikdirlər. Ancaq sözügedən akkumulyatorların əsas çatışmazlığı onların tez alışqanlığıdır. Eyni zamanda alimlər yığcam batareyalar üçün yeni enerji daşıyıcıları axtarırlar. Stenford Universitetinin alimləri ən optimal elektrolitin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə ediblər.
İntim münasibət ümidi ilə masaj salonuna gedən kişiləri döydülər
Türkiyədə intim münasibət ümidi ilə sosial şəbəkədə elanını gördükləri masaj salonuna gedən kişilər döyülüblər. Şikayətçilərin sayının artdığını görən polislər sözügedən salona basqın ediblər. Onlar uşaqların cinsi istismar edildiyi əlxaqsızlıq yuvasından silah-surtsat da tapıblar.
Bir erməni ailəsini məhv edən Rusiya hərbçisinin cəzası dəyişmədi
Ermənistan Apellyasiya Məhkəməsi rusiyalı hərbçi Valeri Permyakovun ömürlük həbs cəzası alması haqqında hökmü dəyişməyib.
Estoniyada piylənməyə qarşı mübarizə: Şəkərli içkilərə vergi tətbiq ediləcək
Estoniya Dünya Səhiyyə Təşkilatına (DST) bildirib ki, bu ölkədə piylənməyə qarşı mübarizə məqsədilə şəkər istehlakının azaldılması planlaşdırılır. Bu istiqamətdə ilk addımlardan biri kimi, 2018-ci ildən etibarən şəkərli içkilərə vergi tətbiq ediləcək. BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, bu təşəbbüs Estoniya büdcəsinə hər il 24 milyon avro vəsait daxil olmasını təmin edəcək, şəkərlə kalori istehlakını azaldacaq və beləliklə, piylənmə göstəricilərini azalmağa, ağız boşluğunu sağlamlaşdırmağa kömək edəcək. Hazırda Estoniyanın bütün sakinlərinin təqribən yarısı və məktəb yaşlı uşaqların 28 faizi artıq çəkidən əziyyət çəkir.
Suriyada təxliyyə problemi- AVTOBUSLAR YANDIRILIB
Suriyanın İdlib şəhərində hökumət güclərinin nəzarəti altında olan və mülki vətəndaşların təxliyyəsi üçün ayrılmış bir neçə avtobus silahlılar tərəfindən atəşə məruz qalıb.Bu barədə BBC hadisə baş verən yerdəki mənbələrinə istinadən məlumat yayıb.
Demet və Muradın Bakı qalmaqalı
31 dekabrda konsert vermək üçün Bakıya gəlməyə hazırlaşan Demet Akalın və Murad Dalkılıçarasında problem yaranıb. Məlumata görə, Yeni il axşamı Bakıda və İstanbulda konsertləri olan sənətçilər birlikdə təyyarə kirayələməyə qərar veriblər. Lakin Murad Bakıya həyat yoldaşı Merve Boluğur və ailəsini də gətirmək istədiyi üçün Demetlə arasında mübahisə yaranıb.
Metal panel aşdı: 4 ölü var
Şanxayda anbarda metal panelin aşması nəticəsində 4 nəfər ölüb. Bu barədə RİA Novosti agentliyinə istinadən məlumat verir. Hadisə Puto rayonunda "Shanghai Zhongxin Stainless Steel" şirkətində baş verib. Məlumata görə, anbarın sahibi polis tərəfindən dindirilib.
Ayrı yaşadığı arvadını öldürdü, sonra polisi aldatdı
Türkiyənin İzmir şəhərinin Tire Mahalında həyat yoldaşı, 22 yaşlı Kader Korkmazı öldürən Bayram Korkmaz polisləri xeyli təəccübləndirib. Cinayətini zəng edərək polisə etiraf etdikdən sonra təslim olmaq istədiyini deyən şəxs yoxa çıxıb.
Rusiyada göyərtəsində 39 sərnişin olan təyyarə yerə çırpıldı - 3 hissəyə bölündü - YENİLƏNİB - VİDEO
Təyyarə qəza enişi etdikdən sonra göyərtədə olan 39 nəfərdən ölən olmayıb. "Russian Today" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hadisə nəticəsində 23 nəfər xəsarətlər alıb.
Türkiyə Suriyada yenə itki verdi
Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində növbəti dəfə itki verib. Bu barədə Trend DHA agentliyinə istinadən məlumat verir.
Daha 3 bankın fəaliyyəti dayandırılıb
Rusiya Bankı (Mərkəzi Bank) daha üç bankın - "Mir", "İdeya Bank" və "Voloqdabank"ın lisenziyalarını geri çağırıb. Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.














