Bu il dünyada 74 jurnalist həlak olub
Bu il dünyada azı 74 jurnalist həlak olub. Bu barədə "Sərhədsiz reportyorlar" təşkilatının məlumatında bildirilib.
19 Dekabr 2016 13:01 DünyaBu il dünyada azı 74 jurnalist həlak olub. Bu barədə "Sərhədsiz reportyorlar" təşkilatının məlumatında bildirilib.
Ən çox jurnalistin həlak olduğu ölkə keçən il olduğu kimi, Suriya olub - 19 nəfər. 10 jurnalist Əfqanıstanda, doqquzu Meksikada, yeddisi İraqda, beşi isə Yəməndə həyatını itirib.
Bundan başqa, hüquq müdafiəçilərinin hesabatına görə, 2016-cı ildə həlak olanlar arasında 9 blogger və KİV ilə əməkdaşlıq edən 8 nəfər olub.
Qeyd edək ki, 2015-ci illə müqayisədə ölən jurnalistlərin sayı azalıb. Keçən il bu göstərici 101-ə bərabər idi. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31