Dünya

Peskov: Kreml Trampın komandası ilə işləmir

19 Dekabr 2016 15:38

Rusiya hakimiyyətinin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə əlaqəsi yoxdur. Məlumata görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Zorlamaya görə tutulan prezident azadlığa çıxır

19 Dekabr 2016 15:36

Zorlamaya görə 2011-ci ildə 7 il azadlıqdan məhrum olunan İsrailin keçmiş prezidenti Moşe Katsav vaxtından əvvəl azadlığa çıxacaq. 71 yaşlı Moşe Katsav bu həftə həbsxanadan buraxılmalıdır. Vəkilinin sözlərinə görə, keçmiş prezident bu xəbəri eşidəndə sevincindən ağlayıb. Zorlamaya görə məhkəmənin təyin etdiyi 7 ilin 5 ilini həbsxanada oturan Katsav özünü günahkar hesab etmədiyindən bu müddətdə həmişə vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü çalışıb.

Rusiyada müsəlman telekanalı yaradılır

19 Dekabr 2016 15:33

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir. Məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur. O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq. R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir. Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur. Trend.az

Türkiyədə PKK-ya yardım edən 924 nəfər həbs olundu

19 Dekabr 2016 15:31

Türkiyənin 45 əyalətində aparılan anti-terror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasına və ona yaxın təşkilatlara yardım etməkdə və sığınacaq verməkdə şübhəli bilinən 924 nəfər həbs olunub.

İsrailin ən zəngin iş adamı həbs edildi

19 Dekabr 2016 15:22

İsraildə nəşr edilən "Haaretz" qəzeti İsrailin ən zəngin iş adamlarından birinin Gine şəhərində saxlanıldığını bildirib. Saxlanılan şəxs Beni Ştaynmetzdir. Agentliyin məlumatında Beni Ştaynmetzin evinin bazar ertəsi səhər saatlarında polislər tərəfindən nəzarətə götürüldüyü deyilir.

İnternet kəsildi

19 Dekabr 2016 15:20

İstanbulun Anadolu bölgəsində Türk Telekom istifadəçilərinin interneti kəsilib. Başda Kadıköy, Pendik, Qebze və Ümraniyeylə yanaşı, internet kəsilməsi bir çox ərazilərdə müşahidə edilir. Saat 13.00-dan bu dəqiqəyə kimi internet problemi qalmaqdadır. Hadisəylə əlaqədar Türk Telekomdan açıqlama gözlənilir. Milli.az

Bu ölkə dünyanın hakimi olacaq

19 Dekabr 2016 14:55

Məşhur bolqar öncəgörən Vanqanın bir çox dedikləri həyata keçib. Lakin ötən əsrdə onun Suriya haqqında söylədiklərinin hamısı gerçəkləşməyib.

Saxta profil açıb məktəbli qızları soyundurdu

19 Dekabr 2016 14:46

Türkiyənin Tokat şəhərində Özgür P. adlı şəxs internetdə axtarış sisteminin köməyiylə müxtəlif zamanlarda eyni məktəbdə müəllimlik edən 2 şəxs haqda məlumatları və fotolarını ələ keçirərək Facebook-da özünə profil hesabı açıb.

Əsədi devirə bilməyən Qərb Türkiyəni hədəf seçib

19 Dekabr 2016 14:44

Türkiyə həftə sonu daha bir terrorla üz-üzə qaldı. Bu dəfə də hədəf Türk polisi oldu. Son vaxtlar baş verən bu kimi terror hadisələrində məhz qardaş ölkənin hüquq-mühafizə orqanları, türk polisi və əsgərinin birbaşa hədəf seçilməsi xain hücumların bir mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər.

MÜHARİBƏ BAŞLADI: Onlarla ölən və yaralanan var - VİDEO

19 Dekabr 2016 14:23

Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdən separatçı “Luqansk Xalq Respublikası”nın (“LXR”) qüvvələrinə hücum edib.

Rusiyadan müsəlmanlarla bağlı ibrətamiz addım

19 Dekabr 2016 14:21

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir. Məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.

Fransızların yarısından çoxu Fransua Fiyonun növbəti prezident olacağını düşünür

19 Dekabr 2016 14:19

Fransızların 50%-dən çoxu Fransua Fiyonun 2017-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyini düşünür.

Ermənistan iflas həddində

19 Dekabr 2016 14:15

"Ermənistanın xarici borcu  6 milyard dollara yaxınlaşır, buna baxmayaraq ölkə yeni borc toplamaqda davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistan hakimiyyətinin nümayəndələrinin sərvəti artacaq”. 

Neft emalı zavodunda yanğın

19 Dekabr 2016 14:10

Şənbə günü Belarusun Qomel vilayətində, Mozır neft emalı zavodunun ərazisində yanğın baş verib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının söndürülməsinə 15 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər 50 kv.m ərazidə yanan vakuum qazoylu aşkar ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnoloji proses də zərər görməyib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Report.az

Daha bir TƏYYARƏ QƏZASI: 13 nəfər öldü

19 Dekabr 2016 14:04

Daha bir təyyarə qəzası İndoneziyada baş verib. Təlim uçuşları keçirən hərbi təyyarə Papua ərazisində qəzaya düşüb. Hadisə nəticəsində göyərtədə olan 13 nəfər həlak olub. İlkin ehtimala görə, qəzaya hava şəraitinin pis olması səbəb olub. Qafqazinfo.az