Rusiyada müsəlman telekanalı yaradılır
Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir. Məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur. O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq. R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir. Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur. Trend.az
19 Dekabr 2016 15:33 DünyaRusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir. Məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur. O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq. R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir. Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur. Trend.az