Dünya

Mark Entoni yenə boşandı - Cenniferə qayıdır

19 Dekabr 2016 19:13

Müğənni Mark Entoni model Şennon de Lima ilə rəsmən boşanıb. Məlumata görə, sənətçi bununla bağlı açıqlama yayıb: "Uzun müzakirələrdən sonra biz iki illik münasibətimizi bitirməyə qərar verdik. Bu çətin proses zamanı hər kəsdən şəxsi həyatımıza hörmət etməsini xahiş edirik. Bu barədə daha heç bir açıqlama verilməyəcək".

1 milyon avroluq KARTOF

19 Dekabr 2016 19:09

Tərəvəzlər təbiətin hədiyyəsidir. Onlar həm faydalı, həm də dadlıdır. Və başqa məhsullara nisbətən daha ucuzdur. Kənd təsərrüfatı məhsullarını əvəzsiz qidası olan kartofun isə bir çox xeyirli tərəflərindən xəbərdarıq.

Whatsapp istifadəçilərinə XOŞ XƏBƏR

19 Dekabr 2016 19:04

Whatsapp zarafatlara səbəb olan yeni funksiyanı, nəhayət, hazırlayıb. Yeni funksiya Whatsapp-da yazışarkən istəmədiyiniz, amma səhvən göndərdiyiniz mesajlar üçün nəzərdə tutulub.

İrkutskda fövqəladə vəziyyət elan olundu - SƏBƏB?

19 Dekabr 2016 18:46

İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Rusiya kosmosa kotlet göndərir – İNANILMAZ HADİSƏ

19 Dekabr 2016 18:29

Rusiyanın qərbindəki Kostroma şəhərinin rəhbərliyi Yeni İli qarşılayarkən dünyada bir ilkə imza atma istəyir.

Klintonun adamı seçkilərin nəticələrini tanımaqdan imtina etdi

19 Dekabr 2016 18:28

ABŞ-da prezident seçkilərində uduzan Hillari Klintonun silahdaşları seçkilərin nəticələri ilə barışa bilmirlər.

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

19 Dekabr 2016 18:22

Avropa İttifaqı bazar ertəsi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə 2017-ci il iyulun 31-ə qədər uzadıb. Bu barədə Aİ Şurasının məlumatında bildirlib.

Suriyanın taleyi sabah Moskvada həll olunacaq

19 Dekabr 2016 18:06

Dekabrın 20-də Moskvada Rusiya, İran və Türkiyənin müdafiə nazirlərinin görüşü olacaq. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Atatürkü sevən qadın...

19 Dekabr 2016 17:15

Bir zamanlar Hollivudda məşhur olan və ilk evliliyini Türk siyasətçisi ilə evlənən Macar əsilli, Amerikalı aktrisa Zsa Zsa Gabor 99 yaşında dünyasını dəyişib. Atatürkə olan sevgisini heç zaman gizlətməyən Gabor, Mustafa Kamala olan hisslərini 1993 – cü ildə nəşr olunan avtobioqrafiyasınsa qeyd etmişdi.

Hələbdən təxliyə olunanların sayı açıqlandı

19 Dekabr 2016 16:53

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın Hələb şəhərinin şərqindən təxliyə olunanların sayını açıqlayıb. M.Çavuşoğlu "Tvitter" hesabında gecə saatlarından bəri 4500 nəfərin təxliyə edildiyini yazıb: "İndiyə qədər isə 12 min mülki şəxs təxliyə olunub". Nazir onların Suriya müxalifətinin nəzarətində olan bölgədə yerləşdirildiyini qeyd edib. Trend.az

Petrosyan: "Ermənistanı faciəvi son gözləyir"

19 Dekabr 2016 16:41

Levon Ter-Petrosyanın son çıxışı o deməkdir ki, Sərkisyan növbəti ağır durumda eks-prezidentə bel bağlamaya bilər. Bu sözləri Levon Ter-Petrosyanın 17 dekabrda lideri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışını şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Petrosyanın həmin çıxışının sensasiya əhəmiyyətli olduğunu düşünür:

Suriyada rus desantçıların komandiri öldürüldü

19 Dekabr 2016 16:40

Suriyada desant-hücum batalyonunun komandiri mayor Sanal Sançirov öldürülüb. O, dekabrın 13-də Kalmıkiyanın Yaşkul qəsəbəsində dəfn olunub. Hərbçinin öldüyünü qəsəbənin administrasiyasında təsdiqləyiblər.

Ölkənin ən böyük bankı MÜFLİS OLDU

19 Dekabr 2016 16:37

5,65 milyard dollar sərmayə ehtiyacını qarşılaya bilməyən "PrivatBank" iflas elan edilib. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 2013-cü ilin yazında baş verən Krım hadisələrindən sonra pul vahidi qrivnanın dollar qarşısında altı dəfəyə yaxın dəyərini itirməsi Ukraynanın ən böyük bankını müflis edib.

"Rembo" Trampın təklifindən imtina edib

19 Dekabr 2016 16:35

Əfsanəvi aktyor Silvester Stallone ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın təklifini rədd edib. Amerikalı lider aktyordan Milli İncəsənət Fonduna rəhbərlik etməsini istəyib. Stallone isə bu təklifi qəbul etməyib. Təklifdən çox məmnun olduğunu deyən 70 yaşlı aktyor bildirib ki, ictimai fəaliyyətlə məşğul olmağa üstünlük verir. O: "Hesab edirəm ki, ictimai diqqəti vətənə qayıdan hərbçilərin yaşayış şəraitinə, onlara ayrılacaq maliyyə dəstəyinə yönəltməklə daha faydalı ola bilərəm", - deyib. Qafqazinfo.az

Bu il rusiyalı turistlərin ən çox səfər etdiyi ölkələrin adları açıqlanıb

19 Dekabr 2016 15:53

Rusiyanın “TurStat” agentliyi bu ilin yanvar-sentyabr ayları ərzində səyyar turizmin nəticələrinin təhlilini aparıb.