Atatürkü sevən qadın...
Bir zamanlar Hollivudda məşhur olan və ilk evliliyini Türk siyasətçisi ilə evlənən Macar əsilli, Amerikalı aktrisa Zsa Zsa Gabor 99 yaşında dünyasını dəyişib. Atatürkə olan sevgisini heç zaman gizlətməyən Gabor, Mustafa Kamala olan hisslərini 1993 – cü ildə nəşr olunan avtobioqrafiyasınsa qeyd etmişdi.
19 Dekabr 2016 17:15 DünyaBir zamanlar Hollivudda məşhur olan və ilk evliliyini Türk siyasətçisi ilə evlənən Macar əsilli, Amerikalı aktrisa Zsa Zsa Gabor 99 yaşında dünyasını dəyişib. Atatürkə olan sevgisini heç zaman gizlətməyən Gabor, Mustafa Kamala olan hisslərini 1993 - cü ildə nəşr olunan avtobioqrafiyasınsa qeyd etmişdi.
Uzun zamandı aktrisanın mətbuat katibi kimi çalışan Edvard Lozzi, məşhur aktrisanın Los Ancelisdə ürək çatızmazlığından vəfat etdiyini açıqlayıb. Aktrisa heç vaxt Mustafa Kamal Atatürkə olan sevgisini gizlətməyib.
1936 - cı ildə Macarıstan gözəli seçilən Zsa Zsa Gabor bir müddət Türkiyədə yaşayıb. Daha sonra o Amerikaya köçür. Bu zaman o Hollivudun ən gözəl qadınlarından biri anılır.
1958 - ci ildə "Ən gözəl aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatını qazanıb. "moulin Rouge" və "Queen of Outer Space" filmlərində əsas rollarda oynayıb.
Hər zaman evlilikləri ilə gündəmə gələn aktrisa 9 ailə həyatı qurub. İlk evliliyi 1937 - ci ildə Murat Belgenin atası, Türk siyasətçisi Burhan Asaf Belge ilə olub. 19 yaşında türkiyəli gənclə evlənən Gabor, Ankarada yüksək təbəqələr içərisində ən çox izlənən xanım olub. 1941 - ci ildə Gabor və Belge cütlüyü ayrılırlar. Burhan Asaf Belge ilə ayrıldıqdan sonra Ahmet Ertegün tərəfində Amerikalı yüksək zümrə ilə tanış olan Gabor 1942 - ci ildə Hilton otellərinin sahibi Conard Hilton ilə evlənir. 1946 - cı ildə Hiltonla ayrılan aktrisanın bu evlilikdən bir övladı - Francesa Hilton dünyaya gəlir.
Zsa Zsa Gabor 2002 - ci ildə avtomobil qəzası keçirir. 2010 - cu ildən vəfat edən günə qədər səhhətində problemləri olan məşhur aktrisa, 2015 - ci ilin yanvar ayında qızı Francesa Hilton itirir.
Sonuncu həyat yoldaşı olan Frederic von Anhalt ilə 1986 - cı ildə ailə qurmuşdu.