Suriyada rus desantçıların komandiri öldürüldü
Suriyada desant-hücum batalyonunun komandiri mayor Sanal Sançirov öldürülüb. O, dekabrın 13-də Kalmıkiyanın Yaşkul qəsəbəsində dəfn olunub. Hərbçinin öldüyünü qəsəbənin administrasiyasında təsdiqləyiblər.
19 Dekabr 2016 16:40 DünyaSuriyada desant-hücum batalyonunun komandiri mayor Sanal Sançirov öldürülüb. O, dekabrın 13-də Kalmıkiyanın Yaşkul qəsəbəsində dəfn olunub.
Hərbçinin öldüyünü qəsəbənin administrasiyasında təsdiqləyiblər.
Bildirilir ki, Rusiya desantçılarının komandirinin Suriyada ölməsi haqda ilk məlumat dekabrın 12-də sosial şəbəkədə yayılıb. Bu məlumatla bağlı Rusiya Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.
Mayor Sançirov 74507 saylı hərbi hissədə xidmət edib. Bu, Volqoqrad vilayətinin Kamışin şəhərində dislokasiya olunan 56-cı əlahiddə desant-hücum briqadasıdır.
Mayorun hansı şəraitdə öldüyü açıqlanmır.
Rusiya 2015-ci il sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlara başlayıb. Bu müddətdə 23 Rusiya hərbçisinin Suriyada ölməsi haqda rəsmi məlumat verilib. Modern.az