Əsədi devirə bilməyən Qərb Türkiyəni hədəf seçib
Türkiyə həftə sonu daha bir terrorla üz-üzə qaldı. Bu dəfə də hədəf Türk polisi oldu. Son vaxtlar baş verən bu kimi terror hadisələrində məhz qardaş ölkənin hüquq-mühafizə orqanları, türk polisi və əsgərinin birbaşa hədəf seçilməsi xain hücumların bir mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər.
19 Dekabr 2016 14:44 DünyaSuriyanın parçalanması, Türkiyənin ərazi bütövlüyünə təhlükə yaradır
Türkiyə həftə sonu daha bir terrorla üz-üzə qaldı. Bu dəfə də hədəf Türk polisi oldu. Son vaxtlar baş verən bu kimi terror hadisələrində məhz qardaş ölkənin hüquq-mühafizə orqanları, türk polisi və əsgərinin birbaşa hədəf seçilməsi xain hücumların bir mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər.
Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki,Türkiyədə baş verən silsilə terror hadisələrinin bir mərkəzdən idarə olunmasına şübhə yoxdur. Onun sözlkərinə görə, burada məqsəd, Türkiyənin zəif duruma salınmasına, Ankaranın Yaxın Şərqdə aktiv siyasətinin qarşısının alınmasına hesablanıb: "Türkiyə, Şimali Suriyada yaxın perspektivdə planlaşdırılan kürd dövlətinin yaradılmasının qarşısını almaqdadır. Böyük "Yaxın Şərq" strategiyasında təsbit olunan "kürd dövlətinin" yaradılması, Türkiyənin parçalanması deməkdir. Və, Türkiyə bu planın gerçəkləşməsinə dirəniş göstərir". Politoloq deyir ki, ölkədə terraktların artması səbəbləri sırasında Türkiyənin hakim partiyasının Rusiya ilə yaxınlaşması, Qərbin qəbul etmədiyi "Türk axını" qaz kəmərinin Türkiyə Byük Millət Məclisində təsdiq olunması, AKP-nin Şərqə doğru siyasətinin genişlənməsini də göstərmək olar: "Qeyd edim ki, PKK- nın siyasi qanadı olan HDP -nin həmsədrlərinin həbsi də mümkün terror hücumlarının olmasını mümkün edirdi. HDP PKK ideyalarını kürdlərin arasında inkişaf etdirilməsində böyük rol oynayırdı". Mərkəz rəhbəri bildirib ki, hazırda Türkiyə Qərblə soyuq münasibətdədir. Bunun səbəbi isə 15-İyul hərbi çevrilişə cəhddən sonra, Qərbdən AKP-nin mümkün dəstək almaması, ABŞ- da saxlanılan və çevrilişdə ittiham olunan Fətullah Gülənin ekstradisiya edilməməsi, AKP-nin dəyişmək istədiyi Konstitusiya dəyişikliklərinə Avropanın təpkisidir: "Həmçinin Suriyada İŞİD-ə qarşı mübarizə adı altında kürd terrorçularına hərbi lojistik dəstəyin verilməsi da Türkiyənin Qərbdən uzaqlaşmasına səbəb olmaqdadır . Və, bu ölkənin Rusiyaya üz tutmasına gətirib çıxarır. AKP Türkiyədə artan terrorun qarşısının alınması üçün Qərblə normal əlaqələri bərpa etməli, Rusiya ilə üst səviyyədə yaxınlaşmağa son qoymalı, ərazisində tutduğu üç milyon suriyalı qaçqını Şimali Suriyada yerləşdirib, sərhəddi möhkəmləndirməlidir. Çünki qaçıqın axını terrorla mübarizədə çətinlik yaratmaqdadır". Politoloq deyib ki, Türkiyənin Suriyada İŞİD və YPG terror təşkilatlarına qarşı "Fərat qalxanı" əməliyyatını davam etdirməsi, Qərbi və Suriyada aktiv siyasət aparan İranı da narahat etməkdədir: "İranın Suriyada olması, Türkiyənin regionda siyasi və təhlükəsizlik maraqlarına ziddir. Çünki, İran zamanla kürd terrorçuları- PKK-nı dəstəkləyib. İran İraq hökumətinin xətti ilə PKK-nın rəhbərliyi altındakı Şəngal Özünümüdafiə dəstələrinə (YBŞ) logistik və hərbi yardım göstərir. Xəbər verilir ki, İraq hökumətinin son 14 ayda YBŞ-ə tədarük etdiyi silahın dəyəri 38 milyon dolları keçir.
Regionda cərəyan edən geosiyasi müharibə fonunda Suriyanın parçalanması, Türkiyənin ərazi bütövlüyünə təhlükə yaradır. Türkiyə üçün öz cənub sərhədlərində, yeni dövlətlərin qurulmasının qarşısını almaq həyatı önəm daşıyır. Məhz Türk ordusunun bu gün, Şimali Suriyada olması, müəyyən dövlətlərin burada kürd dövlətinin qrulması planına qarşıdır. Türkiyə Suriyaya qoşun göndərməsəydi, Şimali Suriyada yeni kürd dövləti elan ediləcəkdi. Vurğulamaq lazımdır ki, Türkiyə iqtidarının Qərblə emosional siyasəti, problemləri daha da dərinləşdirərək, ikinci tərəfin kürdlərə dəstəyinin artmasına səbəb olur. Suriyada geosiyasi müharibə davam edəcəksə, Türkiyədə təhlükəsizliyi təhdid edəcəkdir. Qərb koalisiyasının ilk vaxtlarda Əsədə qarşı birbaşa hərbi əməliyyatları baş tutsaydı, bu qədər terrorun inkişaf etməsinə səbəb olmazdı. Eyni zamanda Rusiya və İranın regionda fəal hərbi imkanının qarşısı alınardı". Politoloqun sözlərinə görə, regionda situasiya elə bir ciddi təhlükə saçır ki, Rusiya və İran faktoru Suriyada güclənməkdə, Qərb koalisiyası isə mövqelərini itirməkdədir: "Əsədi devirə bilməyənlər, hazırda siyasətlərini Türkiyə üzərində oynamaqdadırlar. Hələbin Rusiya tərəfindən silahlı qruplardan geri alınmasından sonra, Suriyada bundan sonra hadisələr daha da təhlükəli ssenari ilə davam edəcək. Qərb Kürd terrorçularına və digər silahlı qruplara tank əleyhinə və havadan müdafiə raketləri verərək, vəziyyəti dramatikləşdirəcək. Bundan sonra, Əsəd rejimi çökərsə , Suriyanın parçalanması qaçılmaz ola bilər. Ölkənin məzhəb və etnik bölgələrə ayrılması reallaşacaq. Türkiyə gözlənilən bu, təhlükəyə hazır olaraq, öz ordu birləşmələrini Şimali Suriyada gücləndirməlidir. Türkiyə hərbi və diplomatik manevrlərlə Suriyanın dövlət bütövlüyünü həyata keçirəcək, ya da Milli Pakt çərçivəsində (Türkiyə parlamentinin 1920-ci il yanvarın 20-də bəyəndiyi sənəd - müasir İraq, Suriya və bir sıra ərazilərini Türkiyənin tərkibinə qatmağı nəzərdə tutur) bütün cənub sərəhədlərini milliləşdirəcək".
Süleyman