Dünya
Suriyanın şimalına 25 ildən sonra qar yağıb
Suriyanın şimalında yerləşən Deyr Əz Zor vilayətinə və İraq sərhədinə 25 ildən sonra qar yağıb. Məlumata görə, bəzi yerlərdə 50 sm-ə kimi yağan qar və soyuqhava şəraiti yerli əhali və qaçqınlar üçün çətinlik yaradıb.
Berlində yarmarkada 12 nəfərin ölümü ilə nəticələnən hadisəni törədən şəxsin kimliyi müəyyənləşib
Berlində yük maşınını Milad yarmarkasına sürdüyü ehtimal edilən sürücünün kimliyi müəyyənləşib. Məlumata görə, bu barədə “Welt” qəzeti xəbər yayıb. Sürücünün əslən pakistanlı 1993-cü il təvəllüdlü Naved B. olduğu ehtimal edilir.
Səfirə qarşı törədilən sui-qəsd əvvəlcədən xəbər verilib
Türkiyənin ehtiyatda olan polkovniki Əhməd Zeki Üçok Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümünü hələ 4 gün əvvəl xəbər verib. Polkovnik bu barədə "Twitter" səhifəsində bildirib.
Rusiya səfirinə sui-qəsddən sonra İrandan ilk açıqlama
İran Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayır. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bəyan edib ki, bu cinayət beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan radikal qrupların əməlidir: "Onlar ölkələr arasında problem yaratmaq məqsədilə belə vəhşi cinayətlər törədirlər".
Rusiya XİN-dən Türkiyəyə gedən turistlərə XƏBƏRDARLIQ
Türkiyəyə istirahətə getməyə hazırlaşan rusiyalılar ölkədəki vəziyyəti nəzərə alaraq öz planlarını diqqətlə nəzərdən keçirməlidirlər.
250 reys təxirə salındı
Pekində "Şoudu" hava limanında təxirə salınmış reyslərin sayı 256-ya çatıb, daha 273 reys isə ləngiyir. Bu barədə Çin Milli Radiosu (CNR) xəbər verib.
Deputat səfirin qatilini "qəhrəman" adlandırdı
Ukrayna Ali Radasının deputatı Vladimir Parasyuk Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini "qəhrəman" adlandırıb.
Türkiyənin Rusiyadakı səfirliyinin binasında təhlükəsizlik gücləndirilib
Rusiyanın Ankaradakı səfirinin öldürülməsindən sonra Türkiyənin Moskvadakı diplomatik nümayəndəliyinin binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Səfirliyi hazırda polis əməkdaşları mühafizə edirlər.
Sui-qəsddən əvvəl qəribə təsadüf yaşanıb
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd edildiyi zaman qəribə bir təsadüf yaşanıb. Belə ki, sui-qəsd baş verən zaman Rusiya prezidenti Vladimir Putin teatrda tamaşa izləməyə gedirdi.
Rusiyanın Ankaradakı səfirliyində səfirin ölümü ilə əlaqədar dövlət bayrağı endirilib
Rusiyanın Ankaradakı səfirliyində diplomatik missiyasının rəhbəri Andrey Karlovun ölümü ilə əlaqədar dövlət bayrağı endirilib.
Lavrov-Çavuşoğlu görüşünün keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib
Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüşün keçiriləcəyi Rusiya XİN-in Qəbul Evi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, Qəbul Evi “OMON” xüsusi təyinatlıları tərəfindən mühasirəyə alınıb.
Səfirin cənazəsi bu gün Moskvaya yola salınacaq
Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlovun cənazəsi bu gün Moskvaya yola salınacaq. Məlumata görə, bu barədə RİA Novostiyə xəbər yayıb. Hava limanında təşkil ediləcək vida mərasimində Türkiyənin yüksək səviyyəli rəsmiləri iştirak edəcək.
KİV: "Qazprom" Türkiyədəki ən böyük aktivini itirə bilər
Rusiyanın "Qazprom" şirkəti Türkiyədəki ən böyük aktivini itirə bilər. Hökumət Rusiya şirkətinin və "Qazprombank"ın da payı olan Türkiyənin ən böyük özəl qaz idxalçısı olan "Akfel Holding"i de-fakto milliləşdirib.
Səfirin həyat yoldaşı ərinin qətlindən danışdı
Dünən Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova ərinin qətlindən danışıb. Marina hadisənin baş verdiyi vaxt - Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında ərinin yanında olub.
Türkiyə qəzetlərindən sui-qəsd manşetləri - FOTOlar
Ötən gecə Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsinin ardından Türkiyənin hökumətə yaxın mediası sui-qəsddə FETÖ-nün əlinin olduğunu iddia edib.














