Dünya

TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayır

20 Dekabr 2016 12:02

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.

30 vilayətdə Gülən hərəkatına qarşı irimiqyaslı əməliyyatlar

20 Dekabr 2016 11:57

Türkiyənin 30 vilayətində dövlət çevrilişinə cəhddə günahlandırılan Fəthullah Gülən hərəkatına qarşı irimiqyaslı əməliyyatlar aparılır.

Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

20 Dekabr 2016 11:55

"Associated Press" fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, səfirə sui-qəsd "Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə" adlı sərgidə baş verib və fotoqraf həmin sərgiyə evi istiqamətində olduğu üçün gedib.

Çin ABŞ-a məxsus sualtı pilotsuz aparatı geri qaytarıb

20 Dekabr 2016 11:53

Çin Cənubi Çin dənizində ələ keçirdiyi sualtı pilotsuz aparatı ABŞ-a qaytarıb. Məlumata görə, bu bərədə “BBC News” Pentaqona istinadən xəbər yayıb. “Çin-ABŞ məsləhətləşmələrindən sonra pilotsuz aparat geri qaytarılıb”,- deyə Çinin Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Tramp: "Xristianlarin öldürülməsi cihadın tərkib hissəsidir"

20 Dekabr 2016 11:42

ABŞ prezidenti Donald Tramp Rusiya səfiri Andrey Karlovun öldürülməsini, Berlində 12 nəfərin ölümü ilə nəticələnən insidenti və Sürixdə İslam Mərkəzinə edilən silahlı hücumu pisləyib.

Andrey Karlovun xəstəxanaya gətirilmə anı - VİDEO

20 Dekabr 2016 11:41

Dünən Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun yeni görüntüləri yayılıb. Görüntülər səfir hücumdan sonra hələ sağ olarkən çəkilib. Kadrlardan görünür ki, türk həkimlər Andrey Karlovun həyatı üçün mübarizə aparırlar. Görüntülərə görə, Karlov hospitala gətiriləndən sonra hələ sağ idi. Ancaq həkimlərin bütün səyləri nəticə verməyib və Rusiya diplomatı aldığı güllə yaralarından həyatını itirib. Report.az

Rusiya istintaq qrupu xüsusi reyslə Türkiyəyə yola düşəcək

20 Dekabr 2016 11:39

Rusiyanın operativ-istintaq qrupu Ankaradakı səfir Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq, bu gün xüsusi reyslə Türkiyəyə yola düşəcək.

Türkiyə Azərbaycanla gömrük prosedurlarını sadələşdirmək niyyətindədir

20 Dekabr 2016 11:37

Ankara Azərbaycanla gömrük prosedurlarının sadələşdirilməsini və Rusiya ilə Türkiyə arasında mövcud dəhliz kimi "yaşıl dəhliz" yaradılmasını qarşısına hədəf qoyub.

Putin sorğu- sual ediləcək

20 Dekabr 2016 11:28

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla sualları cavablandıracaq. Canlı yayım dekabrın 22-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayacaq. Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandıracaq. 

Jirinovski: "Gözləyirdilər ki, Türkiyəyə ultimatum verək"

20 Dekabr 2016 11:19

"Əvvəllər səfirin öldürülməsi müharibə elan etmək üçün bəhanə idi. İndi isə belə hadisələrin təəssüflər olsun ki, çox şahidi oluruq. Bu adətən müharibə şəraitində və ya düşmənçilik edən ölkələrdə olurdu. Lakin bizim Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədədir. Sözsüz ki, bu sui-qəsd aksiyası təribatdır. Məqsəd Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasını pozmaqdır". Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

ABŞ-ın Türkiyədəki səfirliyi bağlandı

20 Dekabr 2016 11:17

Bu gün ABŞ-ın Ankaradakı səfirliyi baş verən iki atışmanın səbəbindən bağlı olacaq. Bu barədə ABŞ-ın Ankaradakı səfirliyinin "Twitter"dəki səhifəsinə istinadən xəbər verir.

Rusiya səfirini öldürən polislə bağlı yeni məlumatlar

20 Dekabr 2016 11:13

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd həyata keçirən polis əməkdaşı Mert Altıntaş ilə bağlı yeni məlumatlar bəlli olub.

Bu ölkənin səfiri rus diplomatın qətlinə görə ifadə vermək istəyir

20 Dekabr 2016 11:11

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada rəsm sərgisinin açılışında polis məmuru Mövlud Mert tərəfindən öldürülməsi beynəlxalq aləmdə rezonans doğurub. Həmin tədbirdə iştirak edən Qırzğızıstanın Türkiyədəki səfiri İbrahim Junusov lazım olacağı təqdirdə şahid kimi ifadə verməyə hazır olduğunu bildirib.

Nazarbayevdən Putinə: "Baş verənlər göstərdi ki..."

20 Dekabr 2016 11:10

Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinə teleqram göndərib. Qazaxıstan lideri Ankarada öldürülən səfir Andrey Karlovla əlaqədar Vladimir Putinə başsağlığı verib. O, məktubunda vurğulayıb ki, baş verən hadisə bir daha göstərir ki, terrora qarşı birləşmək lazımdır.

Ehtiyatlı olun: Ana Facebookda adi səhv etdi, uşağını itirdi

20 Dekabr 2016 11:08

İnternet və sosial şəbəkələr bir anda insanın həyatını elə dəyişə bilər ki, özünüz belə biməzsiniz bu necə oldu. Bu həm yaxşı. həm də pis tərəfə ola bilər. Bəzən isə bu pis, hətta faciə ilə belə nəticələnə bilər. Bu bədbəxt ana öz acı təcrübəsini sizinlə bölüşür ki, belə səhvi heç kim etməsin.