Dünya
Amerikalı diplomatlara problemlər yaratmayacağıq, heç kimi ölkədən qovmayacağıq
Putindən Obamaya SİYASİ DƏRS
Rusiya ABŞ diplomatlarını "arzuolunmaz şəxs" elan etməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. "Rusiya "mətbəx diplomatiyası" səviyyəsinə enməyəcək", - o vurğulayıb. Rusiya prezidenti bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası ABŞ-ın yeni prezidenti Donald Trampın yürütdüyü siyasətdən asılı olacaq.
Müğənninin ailəsini dağıtmaqda ittiham edilən iş adamından AÇIQLAMA
İşadamı Engin Yeşil Gülben Ergen ilə eşq yaşadığına dair irəli sürülən iddiaları təkzib edib. Telejurnalist həyat yoldaşı Erhan Çelikdən boşanan Gülben Ergenin məşhur iş adamı "Yeşil İnşaat" və "Yeşil Kundura"nın sahibi Engin Yeşillə eşq yaşadığı irəli sürülmüşdü. "Yeni Asır" qəzetində nəşr olunan bu xəbər Gülben Ergen tərəfindən sosial şəbəkə hesabında sərt reaksiyalara səbəb olmuşdu.
Türkiyədə "ikili" seçkilərin ilkin tarixi məlum oldu
Türkiyədə parlament və prezident seçkilərinin ilkin tarixi 3 noyabr 2019-cu il müəyyən olunub. Məlumata görə, konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, bu seçkilər bir gündə keçiriləcək.
Gürcüstanda saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıblar
Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər məhkəmə zalından sərbəst buraxılıblar. Bu barədə saxlanılan şəxslərin yaxın qohumları bildiriblər.
Tramp 15 il öncəyə qayıtdı
Hələ 15 il bundan öncə iş adamı və inşaat maqnatı olan Donald Tramp 9NEWS televiziya kanalına canlı yayımla müsahibə vermişdi. Donald Tramp 11.09.2001 ci il tarixində ABŞ – da ticarət binalarının partladılması hadisəsinin çox müəmmalı şəkildə baş verdiyini bildirib. Tramp binaların faciədən az zaman əvvəl 3.6 milliard dollar dəyərində sığortalandığını ifadə edib. Onun fikirinə görə binalar planlı şəkildə məhv edilib. Daha doğrusu içəridən partladılıb.
Almaniyada qızıl qalmaqalı
Alman Mərkəzi Bankının (Bundesbank) sədri Yens Vedmann ölkənin xaricdə (ABŞ) olan qızıl ehtiyyatlarının böyük bir hissəsini geri gətirildiyini bəyan edib. Beynəlxalq maliyyə ekspertlərinin rəyinə görə bu addımın sadə alman vətəndaşarını sakitləşdirmək üçün atılıb. 2012 – ci ildə maliyyə dairələrində belə bir şayə ortaya atılmışdı ki, dünyada ABŞ- dan sonra ikinci ən çox 3.381 ton olan ən böyük qızıl ehtiyyatına sahib Almaniya bu ehtiyyatların böyük hissəsəini 2000 ton həcmində olanı itirib. Qısaca Nyu York, London və Parisdə saxlanılan qızıl ehtiyyatının bir hissəsi yox olub, satılıb, əridilib ,itirilib.
Moskvanın ABŞ-ın sanksiyalarına CAVABI GECİKMƏDİ
Rusiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinə Amerika sanksiyalarına cavab olaraq 35 amerikalı diplomatın ölkədən çıxarılmasını təklif edib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, ABŞ-ın Moskvadakı səfirliyindən 31 diplomatın, Sankt-Peterburqdakı Baş Konsulluğundan isə 4 diplomatın ölkədən çıxarılmasının vacib olduğunu bildirib. Lavrov hazırladığı siyahıdakı diplomatların adını çəkməyib.
Lavrovdan SƏRT SÖZLƏR: “Rusiya ABŞ-a...”
Rusiya ABŞ-ın yeni sanksiyalarını cavabsız qoymayacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyaları şərh edərkən deyib. Lavrov ABŞ-dakı seçki prosesinə Rusiyanın müdaxiləsi haqqında Vaşinqtonun bəyanatlarını əsassız adlandırıb.
Türkiyənin 16 şəhidinin Suriya MÜƏMMASI
Türkiyə Suriyanın Əl-Bab şəhərinin azad olunması üçün gedən döyüşlərdə 16 hərbçinin ölümündə üçüncü qüvvələrdən şübhələnir. Bu barədə Türkiyənin hökumətyönümlü KİV-ləri məlumat verir. Məlumata görə, türk hərbçilərinin dəqiq koordinatları məxfiləşdirilmişdi və bu, yalnız beynəlxalq koalisiya mənsublarına məlum idi.
ABŞ təyyarəsi YOXA ÇIXDI
ABŞ-ın sahil mühafizə xidməti Ohayo aeroportundan qalxandan sonra radarlardan itən “Cessna 525” yüngül təyyarənin axtarışlarına başlayıb. Bu haqda ABC telekanalı bildirib. Telekanalın məlumatına görə, təyyarə yerli vaxtla saat 23.00-da Klivlend şəhərində yerləşən Berk Leykfront aeroportundan uçub. Bir müddətdən sonra aeroportun aviadispetçerləri hava gəmisi ilə əlaqəni itiriblər. ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) bildirib ki, təyyarə Ohayonun ştatının universitetinə uçurdu. Təyyarənin göyərtəsində olan insanların sayı haqqında məlumat verilməyib. Bu barədə Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir.
Metroda DƏHŞƏT: 8 nəfər intihar etmək istədi - VİDEO
Çinin paytaxtı Pekindəki metroda dəhşətli hadisə baş verib. Vaqonda olan 8 nəfər dərman içərək intihar etmək istəyib. Yerə yıxılan şəxslər qatar stansiyaya çatan zaman təhlükəsizlik işçiləri tərəfindən vaqondan çıxarılıblar.
Yadplanetlilərin enerji topladığı anı göstərən ŞOK VİDEO
SOHO (Günəşi müşahidə edən əsas cihaz) kosmik aparatı naməlum, məxsus böyük qara obyektin Günəşdən enerji aldığını qeydə alıb. UNO bir neçə dəfə Günəşə yaxınlaşır və lazımi enerjini götürərək, oranı tərk edir. Bununla bağlı hazırlanmış videoda da hər şey açıq şəkildə görünür. Alimlər bununla yadplanetlilərin Günəşdən və göy ulduzlarından qidalandığının sübut edildiyini hesab edir. Publika.az
İŞİD-in lideri mühafizəçiləri ilə birlikdə məhv edildi – SON DƏQİQƏ
Türkiyə ordusu Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatında İŞİD terror qruplaşmasına ağır zərbə vurub.
"Sanksiyalar bizə təsir etməyəcək"
Rusiya prezidentinin internetin inkişafı məsələləri üzrə müşaviri German Klimenko bəyan edib ki, ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyaları kibertəhlükəsizlik üzrə ölkələr arasında münasibətlərə təsir etməyəcək. Onun sözlərinə görə, bu sahədə münasibətlər aşağı səviyyədədir. "ABŞ və Rusiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın onsuz da aşağı səviyyədə olduğunu nəzərə alsaq, demək olar ki, yeni sanksiyalar bu sektorda heç nəyi pisləşdirə bilməz", - deyə Klimenko vurğulayıb. Bu barədə azvision.az RNS-ə istinadən xəbər verir.













