Dünya

Prezidentin qızının evində oğurluq

30 Dekabr 2016 13:22

Türkiyənin 8 – ci prezidenti Turqut Özalın qızı Zeyəb Özalın təxminən 350 min liralıq zinnet əşyaları oğurlanıb. Hadisə İstanbulun Sarıyer qəsəbəsində qeydə alınıb.

Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur

30 Dekabr 2016 13:20

“Rusiya tərəfindən NATO-dakı tərəfdarlarımız birbaşa təhdid edilmir”.  Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “DPA” agentliyinə müsahibəsində deyib.

Cəzalandırmaq üçün 8 balasını gözləri qarşısında öldürdü

30 Dekabr 2016 13:13

Hindistanda bir qadının törətdiyi əməl bütün ölkəni dəhşətə gətirib. Hadisə Krişnanaqar şəhərində baş verib. Məlum olduğu kimi Hindistan sahibsiz heyvanların çoxluq təşkil etdiyi ölkələr sırasına daxildir.

Müğənni həyat yoldaşını ÖLÜMLƏ HƏDƏLƏYİR: "Evə qayıtsam, məni öldürəcək"

30 Dekabr 2016 12:57

Mustafa Topaloğlu 18 illik həyat yoldaşı Derya Topaloğlunu yumruqla döyərək alın sümüyünü qırıb.Mustafa Topaloğlunun dini nikahla özünə arvad ediyi, 2 uşağının anası Derya Topaloğluya şiddət göstərdiyi iddia edilir.

Hindistanda azı 10 mədənçi ölüb

30 Dekabr 2016 12:50

Hindistanın Carkxand ştatındakı kömür mədənində baş verən qəza nəticəsində azı 10 nəfər mədənçi həlak olub. Bu barədə “Hindustan Times” məlumat yayıb. Hadisə ötən gecə baş verib. Xilasetmə işləri duman və qaranlıq səbəbindən bu gün səhər başlayıb. İlkin ehtimala görə, hadisə baş verən zaman içəridə 10-12 avtomobil texnikası işləyib. İçəridə daha 30 fəhlənin qaldığı ehtimal olunur. Apa.az

Səma yenidən “O səs Türkiyə”də

30 Dekabr 2016 12:20

Bu günlərdə Türkiyə səfərindən qayıdan müğənni Səma ikinci dəfə  “O səs Türkiyə”nin seçimlərinə qatılıb. Səsinə güvənən sənətçi bildirdi ki, əslində bundan öncə yarışmaya qatılmaq şansı qazanıb. Böyük səhnəyə dəvət alan zaman o, Moskvada keçirilən konsert proqramında iştirak edib. Bu səbəbdən şansı dəyərləndirə bilməyib. Səs yazısı bəyənilən azərbaycanlı müğənniyə yenidən dəvət gəlib və o, bu məqsədlə qonşu ökəyə üz tutub.

Ancelina Colidən gözlənilməz qərar

30 Dekabr 2016 11:30

Aktrisa Ancelina Coli ABŞ-ı tərk etmək fikrindədir. Daha əvvəl aktyor Bred Pitlə boşandıqdan sonra Londonda yaşayacağını bildirən aktrisa fikrini dəyişib. O, Kambocada, Afrika cəngəlliklərində yerləşən gizli malikanəsinə getmək istədiyini söyləyib.

Sarkisyan seçkilərin vaxtını AÇIQLADI

30 Dekabr 2016 11:28

Ermənistanda parlament seçkilərinin vaxtı müəyyənləşib. Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin vaxtını elan edib. Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb. Ermənistan prezidentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, parlament seçkiləri 2017-ci il aprelin 2-də keçiriləcək.  "Ölkə üzrə ümumilikdə 38 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bunlardan 10-u paytaxt İrəvanda, digərləri isə əyalətlərdə olacaq", - deyə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Türkiyə ordusu yenə itki verdi

30 Dekabr 2016 11:22

Suriyanın Əl-Bab bölgəsində bir türk hərbçi ölüb, 5-i yaralanıb. Əməliyyat zamanı 26 İŞİD silahlısının zərərsizləşdirildiyi bildirilir. Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İŞİD-in 17 mövqeyini məhv edib. Rusiya qırıcılarının hava zərbələri nəticəsində isə 12 İŞİD-çi zərərsizləşdirilib.  Bu barədə Trend "Habertürk" qəzetinə istinadən məlumat verir.

Məscidin qapısına donuz basdırması qoyan ingilis öldü

30 Dekabr 2016 11:21

Məscidin qapısına donuz basdırması qoyan ingilis ölüb. İngiltərənin Bristol şəhərindəki "Jamia" məscidinin qapısına donuz basdırması dilimləri qoyan ingilis Kevin Krehan adlı məhkum həbsxanada dünyasını dəyişib. 35 yaşlı Kevinin ölümü ilə bağlı araşdırmalar aparılır.

Sanksiyalar cavabsız qalmayacaq

30 Dekabr 2016 08:49

Dağıstanda atışma

30 Dekabr 2016 08:45

Tiflisdə güclü yanğın

30 Dekabr 2016 07:21