Sanksiyalar cavabsız qalmayacaq

"Biz ABŞ administrasiyasının Rusiyaya, rus diplomatlarına və onların ailə üzvlərinə qarşı yeni sanksiyalarını adi düşmənçilik aktı kimi qiymətləndiririk. Dekabrın 29-da elan edilmiş sanksiyalar bilavasitə Rusiya-Amerika ikitərəfli münasibətlərini pozmağa yönəlib. Onlar cavabsız qalmayacaq", - deyə Rusiya diplomatik missiyasının "Twitter" yazısınıda deyilir. Bunu Rusiya Federasiyasının ABŞ-dakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalatın tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.

Sanksiyalar Rusiyanın bir sıra rəsmi şəxslərinə, habelə 5 təşkilata şamil edilib.

Bununla yanaşı, ABŞ Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərəcək və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəliklərini bağlayacaq. Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31