Dağıstanda atışma

Dağıstanın Xasavyurt rayonunda atışmada iki silahlı öldürülüb, bir polis əməkdaşı həlak olub. 

Bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarından bildirilib.   
 
"VAZ 2107-də hərəkət edən naməlum şəxslər polis naryadını atəşə tutub. Cavab atəşi ilə silahlılar məhv edilib. Bir polis əməkdaşı atışma zamanı aldığı güllə yaralarından keçinib", - deyə mənbə bildirib.
 
Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

Bu barədə APA  "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31