Dünya

Yaponiya əhalisi 39 milyon azalacaq - PROQNOZ

1 Fevral 2017 15:00

Yaponiya əhalisinin sayı 2053-cü ilə 100 milyon nəfərdən aşağı olacaq. Bu qənaətə ölkənin Səhiyyə Nazirliyi yanında Əhali və sosial sığorta məsələləri üzrə Elmi Araşdırmalar İnstitutu gəlib.

Metroda terrorçu saxlanılıb: Cibindən bu FOTO çıxdı

1 Fevral 2017 14:36

İstanbulda metro stansiyası çıxışında şübhəli Suriya vətəndaşı saxlanılıb. Şübhəlinin mobil telefonunda baxış zamanı İŞİD terror təşkilatı üzvü olduğu iddia edilən çox sayda əli silahlı şəxslərlə birlikdə çəkilmiş fotolar aşkar edilib.

Trampla Putin əlbir olub Avropa Birliyini dağıdır

1 Fevral 2017 14:09

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putini birləşdirən ümumi cəhətlər çoxdur və bu cəhətlərin hamısı Avropa Birliyinin dəyərlərinə və birliyinə zərərdir. Avropa liderləri isə buna qarşı durmağa, birliyi canlandırmağa və qaldırmağa hazır deyillər. «Carnegie Europe» saytı belə yazır.

Almaniya polisi irimiqyaslı antiterror əməliyyatına başlayıb

1 Fevral 2017 14:05

Almaniya polisi Hessen bölgəsində irimiqyaslı antiterror əməliyyatına başlayıb. 10-dan çox terrorçunun saxlanılması məqsədi ilə Frankfurt, Offenbah və Visbaden daxil olmaqla, bir neçə şəhərin 54 obyektində  axtarışlar aparılır.

Ukraynanın "Eurovision" loqosu qalmaqal yaratdı: xalta və kruasana bənzəyir

1 Fevral 2017 13:42

Ukraynanın bu il ev sahibliyini edəcəyi "Eurovision" üçün seçdiyi loqo qalmaqal yaradıb.  "Eurovision" mahnı müsabiqəsində ötən il birinci olan Ukrayna mayda təşkil olunacaq müsabiqə üçün düşündürücü loqo seçib.

SƏRT QƏRAR: Facebook şifrəsini verməyən ölkəyə girə bilməyəcək

1 Fevral 2017 13:15

ABŞ prezidenti Donald Trampın miqrantların ölkəyə girişinə qadağa qoyan qərarından sonra atılan sərt addımlar narazılıqları daha da artırıb. Qaçqınların işi üzrə vəkil Mana Yegani sudanlı ABŞ vətəndaşının aeroportda Facebook şifrəsinin alınaraq hesabında araşdırma aparıldığını, iranlı turistin isə bu araşdırmadan sonra ölkəyə buraxılmadığını bildirib.

Rusiya TƏSDİQLƏDİ - 2 il vaxt qaldı

1 Fevral 2017 12:55

Rusiya Federasiya Şurası "Türk axını"nı təsdiqləyib. Federasiya Şurasının bugünkü iclasında "Türk axını" təbii qaz boru xəttinə dair razılaşmanın təsdiqini nəzərdə tutan qanun qəbul edilib.

Ermənistanın baş naziri özünün təyin etdiyi nazirləri seçkilərə qədər "təmizləməyə" hazırlaşır

1 Fevral 2017 12:46

Yaxın zamanlarda Ermənistan hökumətinin tərkibində növbəti dəyişikliklər gözlənilir.  Nəşr Ermənistan baş naziri Karen Karapetyanın ötən ilin sentyabr ayında hökuməti formalaşdıran və nazirləri təyin edən zaman seçdikləri şəxslərin ya silahdaşları olduğunu, ya da həmin vaxt daha yaxşı namizəd tapa bilmədiyini söylədiyini xatırladıb.

Pan Gi prezidentlik fikrindən daşındı

1 Fevral 2017 12:44

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidentliyinə namizəd olmayacağını bildirib.

Türkmənistan prezidenti seçiciləri üçün öz bəstəsini oxudu

1 Fevral 2017 12:34

Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov öz şəxsi bəstəsini gitara ilə ifa edib. Berdiməhəmmədov Axalsıx vilayətinə gələrək, qaz-kimya kompleksinin tikintisinə baş çəkib.

Prezident baş nazirə görə üzr istədi

1 Fevral 2017 12:19

İsrail prezidenti Reuven Rivlin baş nazir Binyamin Netanyahunun sosial şəbəkədə qalmaqala səbəb olan statusuna görə meksikalı həmkarından üzr istəyib. Bu barədə İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb.

PKK vəhşiliyi: 8 aylıq uşağı abort edib, sobaya atdılar

1 Fevral 2017 12:11

Türkiyədə 10 ildə PKK-nın 571 qadın terrorçusu təslim olub, 8661 terrorçu tutulub. Təslim olan qadın terrorçular təşkilatla bağlı dəhşətə gətirən etiraflar ediblər.  Aldadılaraq dağa aparılan qadınlar seks köləsi kimi işgəncə və təcavüzlərə məruz qalıblar. Buna etiraz edənlər isə "satqın" elan edilərək güllələniblər. Bəzi qadınlar isə başlarına gələnlərə dözə bilməyərək intihar ediblər. Təşkilat daxilində təcavüzə uğrayan və ya buna qarşı çıxan bəzi qadın terrorçular öldürülüblər və onların cəsədi əməliyyatların aparıldığı ərazilərə atılıb. Həmin ölülər təşkilata türk hərbçilər tərəfindən öldürülmüş kimi təqdim olunub.

Şultsdan ŞOK açıqlama: “Tramp AB-ni parçalamaq istəyir”

1 Fevral 2017 12:02

"ABŞ Prezidenti Donald Tramp Avropa Birliyini parçalamağa cəhd göstərir". Bunu jurnalistlərə açıqlamasında Avropa Parlamentinin keçmiş sədri Martin Şults söyləyib.

3 gün əvvəl nişanlanmışdı: qəzadan 30 dəqiqə əvvəl... - VİDEO

1 Fevral 2017 11:56

Kocaelinin Kandıra mahalında baş verən ağır yol qəzasında yaralanan Yusuf Zeybel çatdırıldığı xəstəxanada dünyasını dəyişib. 

Qadının oğurluq etdiyi an kameraya düşdü - VİDEO

1 Fevral 2017 11:54

Dubayda supermarketlərdən birində oğurluq hadisəsi baş verib.  Niqablı qadın müşahidə kameralarının onu çəkdiyindən xəbərsiz başqasının çantasına girir.