Rusiya TƏSDİQLƏDİ - 2 il vaxt qaldı
Rusiya Federasiya Şurası "Türk axını"nı təsdiqləyib. Federasiya Şurasının bugünkü iclasında "Türk axını" təbii qaz boru xəttinə dair razılaşmanın təsdiqini nəzərdə tutan qanun qəbul edilib.
1 Fevral 2017 12:55 DünyaRusiya Federasiya Şurası "Türk axını"nı təsdiqləyib. Federasiya Şurasının bugünkü iclasında "Türk axını" təbii qaz boru xəttinə dair razılaşmanın təsdiqini nəzərdə tutan qanun qəbul edilib.
Hökumətlərarası sazişin 2016-cı ilin oktyabrında İstanbulda imzalanan "Türk axını" layihəsi çərçivəsində, biri Türkiyə bazarı, digəri isə Avropa bazarının ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan 2 boru xəttinin inşa edilməsi planlaşdırılır. Xətlərdən hər birinin tutumunun illik 15.75 milyard kubmetr olacağı açıqlanıb. Layihənin hər iki xəttinin 2019-cu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub. Bu barədə Milli.Az haberler-ə istinadən xəbər verir.