3 gün əvvəl nişanlanmışdı: qəzadan 30 dəqiqə əvvəl... - VİDEO
Kocaelinin Kandıra mahalında baş verən ağır yol qəzasında yaralanan Yusuf Zeybel çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
1 Fevral 2017 11:56 DünyaKocaelinin Kandıra mahalında baş verən ağır yol qəzasında yaralanan Yusuf Zeybel çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Zeybelin bacısı də həmin qəzada həyatını itirib. 20 yaşlı Tuğba Zeybelin 3 gün əvvəl nişanlandığı ortaya çıxıb. Sosial şəbəkə hesabından Ramazan A. ilə nişan gününə aid fotolarını paylaşan Zeybel dostlarının təbriklərini də cavablandırmışdı.Onu da qeyd edək ki, Zeybel qəzadan yarım saat əvvəl Kandıra kəndində qohumlarını ziyarət edib, sonra böyük qardaşı Rasim Zeybelin idarə etdiyi 42 N 555 dövlət qeydiyyat nişanlı avtomobiliylə qəzaya düşüb, həyatını itirib. Onun qəzada xəsarət alan atası Yusuf və anası Seher Zeybelin səhhətlərinin yaxşı olduğu deyilir. Qəzada ölənlərin sayı 2-yə yüksələrkən, 3 yaralının müalicəsi davam edir. Bu barədə Milli.az haberler-ə istinadən xəbər verir.