Dünya
Bəşər Əsəd: "Aİ və NATO terrorçuları dəstəkləyirlər"
Avropa İttifaqı (Aİ) və NATO terrorçuları dəstəkləməklə Suriyanın bərpasında iştirak edə bilməz. Bunu Suriya prezidenti Bəşər Əsəd Belçika mətbuatına müsahibəsində deyib. B.Əsəd qeyd edib ki, belə rol oynamaq, eyni zamanda Suriyanı dağıtmaq olmaz: "Aİ və NATO lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları - "Cəbhət ən-Nüsra" və İŞİD terror qruplaşmalarını dəstəkləyirlər. Onlar eyni vaxtda dağıda və bərpa edə bilməzlər.
Hakerlər Devid Bekhemin yazışmalarını yaydılar
İngiltərə millsinin keçmiş futbolçusu Devid Bekhem haker hücumuna məruz qalıb. Hakerlər ondan 1 milyon avro pul tələb ediblər.
"Survivor"da BÖYÜK ŞOK - VİDEO
Ötən gün "Survivor 7" yarışının növbəti buraxılışı efirə gedib. "Tv 8"də Acunun prodüser və aparıcılığı ilə ekranlara gələn yarışın bu buraxılışı tamaşaçıları xeyli həyəcanlandırıb. Belə ki, "Məşhurlar" komandasında sərbəst suyadalma üzrə (dalğıc) 6 qat dünya rekordçusu olan xanım iştirakçı Şahika Ercümen qarpunla balıq ovlamaq üçün okeana baş vurub. Peşəkar üzgücü Şahika sahildən xeyli uzaqdaykən təxminən 50-60 metrlik məsafədə qarşısında nəhəng balina görüb. Xanım iştirakçının dərhal təhlükəsizlik səlahiyyətlilərinə xəbərdarlığı ilə Şahika olay yerindən sahilə çıxarılıb.
Şəhid anası əsgərləri kövrəltdi
Türkiyədə şəhit Özgür Özekin anası və bir qrup qadın Hakkarinin Çukurca qəsəbəsində hərbi xidmətdə olan əsgərlərə gözmuncuq işarəli şərflər toxuyub, hədiyyə ediblər. Şəhid anası Aliyə Özek və bir qrup qadınlar əsgərlərə şərflə birgə məktub göndəriblər.
Dünyanın ən böyük ailəsi: 500 nəfər bir araya gəldi - VİDEO - FOTO
Bu ailənin mənsublarının sayı 500 nəfərdir. Onların bir yerə yığışaraq ailə fotosu çəkdirmələri adi, normal şəraitdə mümkün deyil. Bu qədər insan sadəcə, kadra "yerləşməz".
Putin iranlı həmkarı ilə Qarabağı müzakirə edəcək
İran prezidenti Həsən Ruhani Moskvaya səfəri zamanı Rusiyanın dövlət başçısı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Ermənistanda siyasətçi həbs edildi
Ermənistanın Alyans partiyasından qovulan Sarqis Arutyunyan böyük məbləğdə fırıldaqçılıqda ittiham olunaraq həbs edilib. Bu barədə "Alyans" partiyası məlumat yayıb. Erməni KİV-lərinin yaydığı xəbərə görə, Arutyunyanın barəsində 4 il müddətinə həbs qərarı verilsə də, o, indiyədək azadlıqda olub. Arutyunyan cinayət əməlinə görə bu gün həbs olunub.
Qəbirdən çıxanlar polisləri dəhşətə gətirdi - FOTO
Türkiyənin Mardin vilayətinin Nusaybin mahalındakı qəbristanlıqda polis axtarış edib. Qəbristanlıqdakı məzarların birindən PKK terrorçularına məxsus silah-sursat tapılıb.
Qərbi Tyan-Şan transsərhəd dağları UNESCO-nun Dünya İrsi Siyahısına salınıb
Özbəkistan ərazisindən keçən Qərbi Tyan-Şan transsərhəd dağları UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri Krista Pikkat bununla bağlı sertifikatı bu ölkənin Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri Baxtiyar Abdusalamova təqdim edib. K.Pikkal mərasimdə Novruz bayramının və özbək plovunun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olunması ilə əlaqədar sertifikatı da təqdim edib.
Məşhur dağda müəmmalı otaq
Raşmor dağı ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranit qayasında hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Dağın içərisində gizli otaq tapılıb. Bu otaq onun xüsusi məqsədlər üçün düzəldildiyini sübut edir. Amerikanın dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun təsvir olunduğu barelyefdə az insanın bildiyi gizli otaq var. Bu gizli otaq Avraam Linkolnun başının arxasında yerləşir. Bu barədə Milli.az Britaniya mətbuatına istinadla xəbər verir.
Qadınları həqiqi hərbi xidmətə çağıra bilərlər - Gürcüstanda
Gürcüstan parlamentində qadınların həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qeydə alınıb. Qanun layihəsinin müəllifi İrina Barbakadzedir. Layihənin məqsədi ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir.
Bəşər Əsəd: "Suriya mənim ailəmə məxsus deyil"
"Suriya mənim ailəmə məxsus deyil. İstənilən suriyalı ölkəyə rəhbərlik edə bilər". Bunu Suriya prezidenti Bəşər Əsəd deyib. Jurnalistlərin sualına cavab verən B.Əsəd bildirib ki, hər bir suriyalının prezident vəzifəsində çalışmaq hüququ var.
Müğənni limanda konsert verdi- VİDEO
Türkiyənin Kadıköy – Beşiktaş limanında bu gün gözlənilməz hadisə baş verib. Limanda səyahət etməyə hazırlaşan məşhur türk müğənnisi Sertab Erener musiqi səsi eşidir. Müğənni musiqi alətləri ifa edən gənclərin yanına gedərək, “Yanarım” mahnısıni canlı ifa edib.
Restoran sahibinin arvadıyla "tutulan" müğənni...
Müğənni və aktyor Keremcem ötən axşam Cahangirdə Mehmet Turqutla yemək yeyərkən kameralara görüntüləniblər. Keçən həftə Karaköydə bir məkandan çıxarkən yanındakı qadını sevgilisi kimi qələmə verən jurnalistləri tənqid edən Keremcem:
Sensasiyalı kəşf: yeni Günəş sistemi TAPILDI - VİDEO - FOTO
Kanadadakı Hersberq Astrofizika İnstitutunun əməkdaşlarından ibarət qrup kosmosda yeni Günəş sistemi aşkarlayıb. Öncə kanadalı alimlər tədqiqat əsnasında Peqas ulduz topasında, Yerdən 129 işıq ili məsafəsində ulduz yığınını tapmışdılar.














