Dünya
"Sevgililər günü"ndə yenə tək olacam" - Bengü
Müğənni Bengü ötən gecə restoranlardan birindən çıxarkən görüntülənib. Jurnalistlərin suallarını cavablandıran ifaçı bu il də “Sevgililər günü”nü yalnız keçirəcəyini bildirib.
Bu serialın baş rol qəhrəmanları "ayın cütlüyü" seçildi
"Aşk Laftan Anlamaz" serialının baş rol ifaçıları Hande Erçel və Burak Deniz "ayın cütlüyü" seçilib. Cütlük "Somera" analitika platformasının yanvar statistikasına əsasən 272711 axtarış nəticəsi ilə ayın birincisi olub.
Səhv dərman atan qadın bu hala düşdü - FOTO
Ankilozan spondilit (onurğanın hərəkətinə mane olan iltihablı revmatizm xəstəliyi) olduğuna görə dərman qəbul edən 37 yaşlı qadının burnu çürüyüb.
İrəvanda Belarus əleyhinə etiraz aksiyası başlayıb
Belarusun İrəvandakı səfirliyinin qarşısında bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə etiraz olaraq nümayiş keçirilib.
Zibil emalı zavodunda PARTLAYIŞ - Xeyli sayda yaralı var
Fransada paytaxt Paris yaxınlığında yerləşən elektron sənayesi tullantılarının emalı zavodunda partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Navalnı 5 il azadlıqdan məhrum edildi
Leninsk rayon məhkəməsinin hakimi Aleksey Vtyurin siyasətçi Aleksey Navalnıya şərti olaraq beş il müddətinə azadlıqdan məhrumetmə cəzası barədə hökm çıxarıb. İkinci müttəhim Petr Ofitserovşərti olaraq dörd il müddətinə azadlıqdan məhrum edilib.
Bitki mənşəli maddələr əsasında “DVD” və “BluRay” formatlarını üstələyən daşıyıcı yaradılıb
“Rostex” şirkətinin tərkibinə daxil olan "Roselektronika" holdinqinin mütəxəssisləri tərəfindən bitki mənşəli maddələr əsasında yaradılmış optik məlumat daşıyıcısı “CD”, “DVD” və “BluRay” formatlarını üstələyir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 üzvü ÖLDÜRÜLDÜ
Əfqanıstanda İŞİD-çi olduqları iddia edilən şəxslər Kızılxaçda çalışan 6 işçini öldürüb.
Rumıniya parlamenti hökuməti saxladı
Bu gün Rumıniya parlamenti Sorin Qrindyanu hökumətinə etimad məsələsini müzakirə edib. Müzakirələr Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Müzakirələr nəticəsində hökumətin istefaya göndərilməsi üçün tələb olunan 233 səs yığıla bilməyib. Cəmi 161 deputat məsələnin lehinə səs verib.
Çin silkələndi - Zəlzələ
Çinin Yunyan vilayətində zəlzələ baş verib. Çin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların gücü 4,9 bal olub. Zəlzələnin episentri 10 kilometr dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə hələ məlumat yoxdur.
Erməni podpolkovnik öldürüldü
Qarabağda gedən döyüşlərdə erməni ordusunun mühəndis qoşunlarının 38 yaşlı podpolkovniki Geqam Manukyan da ölənlər arasındadır. Bu barədə Qarabağdakı mənbələr bildiriblər. O, mühəndis-istehkam qoşunlarında xidmət edirmiş. Mənbələrin bildirdiyinə görə, bu gün səhər saatlarından etibarən Xankəndi hospitalına yaralılar daşıyırlar. Hospitalda yaralıların sayının getdikcə artdığı bildirilir, morqda isə azı 5 əsgər cəsədi var. Mənbəmiz həmin hərbçilərin adlarını və soyadlarını dəqiqləşdirməyə çalışır.
Rustavidə ixtisara düşən fəhlələrin növbəti aksiyası keçirilib
“Rustavi azot” kimya zavodunun işdən azad edilən əməkdaşlarının etiraz aksiyası davam edir. Bu gün zavodun inzibati binasının qarşısına toplaşan Metallurgiya, dağ-mədən və kimya sənayesi Həmkarlar İttifaqı təşkilatının üzvləri və işdən azad olunan fəhlələr qeydsiz-şərtsiz olaraq iş yerlərinə bərpa olunmalarını tələb ediblər.
Şirkətlər Trampın qızı ilə əlaqələri kəsdilər
Ağ Evdə bütün telefon zənglərinə fərdi assistentim və köməkçim Teodorla birlikdə cavab verirəm.
İki uşağını boğaraq öldürən ana: "Mən onların yaxşılığını istəyirdim"
Türkiyənin Bağcılar bölgəsində 4 aylıq qızını və 5 yaşlı oğlunu boğaraq öldürdüyü iddia edilən və həbs olunan H.T. polis bölməsində "Yaşıl adam mənə uşaqlarını öldürsən, onlar üçün ən yaxşısı olar", dedi'' sözlərini işlədib.
Bu il Ermənistanın xarici borcu artacaq
Ermənistanın xarici borcu ötən il 5 milyard 900 milyon dollar təşkil edib. Bunu ölkənin maliyyə naziri Vardan Aramyan bildirib. Onun sözlərinə görə, 2017-ci ildə xarici borc 6 milyard 250 milyon dollara çatacaq.














