İrəvanda Belarus əleyhinə etiraz aksiyası başlayıb
Belarusun İrəvandakı səfirliyinin qarşısında bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə etiraz olaraq nümayiş keçirilib.
8 Fevral 2017 19:04 DünyaBelarusun İrəvandakı səfirliyinin qarşısında bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə etiraz olaraq nümayiş keçirilib. Səfirlik qarşısında keçirilən nümayişdə deputatlar da iştirak edib.
Müxalif deputat Nikol Paşinyan "qısa müddət ərzində Ermənistanı tərk et" tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb. Səfirliyin əməkdaşları səfirin hazırda işdə olmadığını və bu səbəbdən bəyanatı qəbul edə bilməyəcəklərini deyiblər. Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına "Rədd ol!" şüarı səsləndiriblər. Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31