Dünya
Astana görüşü Suriya böhranında dönüş nöqtəsidirmi?
Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Türkiyə və İran nümayəndələrinin Suriya böhranının həlli ilə bağlı apardıqları müzakirələrə dünya KİV-i ciddi maraq göstərib. Müxtəlif aspektlərdən edilən təhlillər təsdiq edir ki, bu görüş Cenevrə müzakirələrindən fərqli olaraq, daha konkret məqamlarla əlaqəlidir. Yekunda qəbul edilən bəyannamədə bir neçə bənd üzrə ortaq mövqe ifadə olunub. Ekspertlər belə bir sənədin qəbulunu ümumiyyətlə müsbət hal adlandırırlar. Tərəflər bütövlükdə Suriya məsələsini sülh yolu ilə həll etməkdə eyni mövqedə olduqlarını təsdiqləyiblər. Ancaq Rusiya-Türkiyə-İran "üçlüyü"nün əldə etdiyi razılıqlara Suriyadakı qüvvələrin nə dərəcədə əməl edəcəkləri tam aydın deyil. Çünki hətta rəsmi Dəməşqə belə Kreml atəşkəslə bağlı xəbərdarlıq edir, reallıqda isə B.Əsəd ordusu intensiv surətdə bu rejimi pozur. Eyni fikri bir sıra müxalif qruplara və kənar təsirlər altında olan silahlılara da aid etmək olar. Belə mürəkkəb şəraitdə Suriyadakı münaqişənin taleyi necə ola bilər? Müharibəni dayandırmaq mümkündürmü?
Erməni ordusu itki verdi: ölən və yaralanan var
Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun daha bir əsgəri ölüb. 1979-ci il təvəllüdlü Qeham Henrixoviç Manukyantərəflər arasında baş verən atışma zamanı həyatını itirib.
Kimya zavodunda PARTLAYIŞ - İspaniyada
İspaniyanın Valensiya bölgəsində xlor emalı zavodunda partlayış olub. Hadisə Patern kimya zavodunda baş verib. Məlumata görə, əvvəlcə güclü partlayış olub, ardınca tüstü yaranıb, bundan sonra isə silsilə partlayış səsləri eşidilib.
Türklər Əl Babda strateji təpələri ələ keçirdilər: 2 nəfər şəhid oldu, 15-i yaralandı - YENİLƏNİB
Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçiləri ilə İŞİD terror qruplaşmalarının üzvləri arasında şiddətli atışma olub. Atışma nəticəsində 2 türk həbçi ölüb, 15-i yüngül xəsarət alıb. 58 İŞİD üzvünün məhv edildiyi bildirilir. Həmçinin Türkiyə Silahlı Qüvvələrinin apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində strateji təpələr ələ keçirilib. Bu barədə Trend-in "Hürriyyət" qəzetinə istinadən xəbər verir.
Metroda qorxulu anlar: sərnişinlər təxliyə olundular - FOTOlar
London metrosunda həyəcanlı anlar yaşanıb. Londonun Dalston Kinqslend stansiyasında qatar hərəkət zamanı tüstülənib. Sərnişinlər həyəcanla vaqonlardan düşüblər. Bu zaman sərnişinlər arasında zədələnənlər də olub.
Almaniyada aviareyslər təxirə düşdü
Berlinin iki hava limanında yerüstü nəqliyyat xidməti əməkdaşlarının keçirdiyi tətil səbəbindən həmin aeroportlarda 130-dan çox reys təxirə salınıb. Almaniya paytaxtında "Tegele" hava limanında 112, "Şenefelde" hava limanında 22 reys təxirə salınıb.
Kreml Lapşinin Azərbaycana ekstradisiyasına münasibət bildirib
“Bloger Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün mümkün hüquqi tədbirlər görülür”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ermənistan Belarusun KTMT-dən çıxarılmasını tələb edir
“Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı məsələ qaldırmalıdır”. Bunu Ermənistan hakimiyyətdəki Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.
Belarus müttəfiqlik əlaqələrinin ruhuna zidd addım atıb
Rusiya Xarici İşlər Nazirliyi bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb.
ABŞ-da Rusiya ilə bağlı qalmaqallı qanun hazırlandı
ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsinin qarşısını almaq məqsədilə qanun layihəsi hazırlanıb. Qanun layihəsini respublikaçı Lindsi Qrem və demokrat Ben Kardin hazırlayıb.
Fahriyəyə görə bloka atılan kainat gözəli: "Burakdan incidim" - FOTOlar
Türkiyənin məşhur aktyoru, "Kara sevda" serialının qəhrəmanı Burak Özçivit Dubayda dəvət aldığı tədbirdə iştirak edib.
Dəniz quldurları rusları oğurladılar
Nigeriyanın ərazi sularında dəniz quldurlarının hücumu nəticəsində yeddi Rusiya vətəndaşı girov götürülüb. Bu barədə Rusiyanın Nigeriyadakı səfirliyi öz Twitter səhifəsində yazıb. Məlumatda qeyd olunur ki, hücum nəticəsundə bir Ukrayna vətəndaşı da oğurlanıb. Səfirlik qaçırılan şəxslərin axtarışı üçün Nigeriya hökumətinə müraciət edib.
19 yaşında 34 qadını zorlayan gəncə məhkəmədən İLGİNC QƏRAR
ABŞ-ın Aydaho ştatında məhkəmə təcavüzə görə həbs edilmiş Kodi Dueyn Skott Errera adlı şəxsə evlənənə qədər cinsi əlaqəyə girməmək cəzası verib. 2015-ci ilin mart ayında 15 yaşlı bir qıza təcavüz etdiyini etiraf etdikdən sonra Errera keçən həftə 5 ildən 15 ilə qədər həbsə məhkum edilib.
Bu çips 100 min dollara satıldı - maraqlı səbəb
Amerikada zooparkda qəfəsinə uşaq girdiyinə görə öldürülən qorilla Harambeyə bənzədilən çips 100 min dolara satılıb.
Sanksiyaların ləğvini qadağan edən qanun layihəsi hazırlanıb
ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsini əngəlləmək məqsədilə qanun layihəsi hazırlanıb.














