Zibil emalı zavodunda PARTLAYIŞ - Xeyli sayda yaralı var
Fransada paytaxt Paris yaxınlığında yerləşən elektron sənayesi tullantılarının emalı zavodunda partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
8 Fevral 2017 19:04 DünyaFransada paytaxt Paris yaxınlığında yerləşən elektron sənayesi tullantılarının emalı zavodunda partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Partlayış baş verən anda binada 43 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Digər işçilərin təhlükəsiz təxliyəsi mümkün olub. Partlayışın səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31