Dünya
BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
70 PKK-çı tutuldu - İstanbulda XÜSUSİ ƏMƏLİYYAT
Türkiyənin Terrorla Mübarizə İdarəsinin xüsusi təyinatlı qüvvələri İstanbulda PKK terror təşkilatının gizli üzvlərinə qarşı əməliyyat keçirib.
Məxfi döyüş planları oğurlandı: KƏŞFİYYAT HƏRƏKƏTƏ KEÇDİ
Türkiyənin ticarət gəmilərinə mümkün müharibə zamanı tətbiq etmələri üçün verilən məxfi döyüş planları itib. Türkiyə Milli İstihbarat Təşkilatı döyüş planlarının üçüncü şəxslərin əlinə keçməsində narahatdır.
KİV: İraqda İŞİD lideri ağır yaralanıb
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi ağır yaralanıb. Bu barədə “Alsumaria” və “Alhurra” telekanalları məlumat verib. Məlumata əsasən, Əl-Bağdadiİraqın qərbində endirilən havazərbəsi nəticəsində yaralanıb.
Rumınlar sakitləşmək istəmirlər: "İstefa!"
Rumıniyanın paytaxtı Buxarestdə ölkə tarixinin ən böyük etiraz aksiyalarından biri səngimək bilmir. Dünən Buxarestlə yanaşı, ölkənin müxtəlif şəhərlərində on minlərlə insan küçələrə çıxaraq hakimiyyətə etiraz ediblər.
Belarusa vizasız gediş başladı
Belarusda 5 günlük vizasız rejim işə düşüb. Fevralın 12-dən Avropa ölkələri, həmçinin ABŞ, Yaponiya, Braziliya və İndoneziya vətəndaşları əlavə icazə almadan ölkəyə gələ bilərlər. Əcnəbilər Belarusa yalnız Minks hava limanından vizasız gələ bilərlər. Bunun üçün turistlərin pasport və ya onu əvəzləyən sənədi olmalıdır.
Nəhəng otel sahibi olan məşhur qardaşlara HƏBS ŞOKU
Murat və Kamal Bozoğlu qardaşları həbs olunublar. Vakıfbank-dan alınan 29 milyon 888 min 600 TL kredit ilə əlaqədar olaraq fırıldaqçılıq və xüsusi sənəddə saxtakarlıq ittihamı ilə məhkəmə qardaşları 7 il 3 ay 15 gün həbs və 62 milyon 267 min 900 TL pul cəzası ilə cəzalandırıb.














