Gürcü patriarxını zəhərləyiblər
13 Fevral 2017 10:13 DünyaGürcüstanın katalikos-patriarxı II İlyanı zəhərləməyə cəhd ediblər.
Trend "Sputnik-Georgia"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Rustavi-2" telekanalı məlumat yayıb. Belə ki, telekanalın verdiyi məlumata görə, Patriarxlığının əmlakının idarə edilməsi üzrə xidmətin rəhbəri və müqəddəs Anna və İoakim adına tibb mərkəzinin direktoru Mamaladze Georgi Ata saxlanılıb.
Onunla bağlı məhkəmə prosesi bazar günü Tbilisidə keçirilib.
Qeyd edək, Gürcü pravoslav kilsəsinin başçısı ötən həftə səhhəti ilə bağlı Almaniyaya gedib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31