Bu cəzanı istədi
13 Fevral 2017 10:42 DünyaTürkiyənin İstanbul şəhərinin Ortoköy qəsəbəsində yerləşən Reina gecə klubunda yeni il gecəsi terror törətməklə gündəmə gələn İŞİD terror qruplaşmasının üzvü olan Maşripov məhkəməyə verdiyi ifadəsində edam olunmağını istəyib. "Olaylar" Miliyyet" - ə istinadən bildirir ki, özbəkistanlı terrorçu verdiyi ifadələrində bəzi etiraflar edib. Belə ki, o məqsədinin xristianları öldürmək olduğunu, Taksimdəki terroru Suriyada olan Əbu Cahidin istəyi ilə etdiyini. "Xristianların çoxu Taksimdə toplanırlar. Bayramı orada qeyd edirlər." - deyə məni məlumatlandırdı. Maşripov sialhdan necə istifadə etməyi Əfqanıstanda keçirilən təlimdən öyrəndiyini bildirib.
" Reinada kalaşnikov silahı ilə insanlara atəş edirdim. Mərmilər bitdikdən sonar əl qumbarası zənn etdiyim flashbangi üzümə tutdum ki, ölüm. Amma ölmədim. Ələ keçməmək üçün özümü öldürəcəkdim. Sağ qalmaq istəmirdim. Edam cəzası verilərsə, sevinərəm" - deyə, Maşripov ifadəsində vurğulayıb.