Dünya
O seçilsə, avro dollara bərabər olacaq
Fransada keçiriləcək prezident seçkilərində ultrasağçı Marin Le Pen qalib gələrsə avro ucuzlaşacaq və kurs baxımından ABŞ dollarına bərabər olacaq.
Seyran Ohanyan öz həbsini istisna etmir
"Biz Ermənistandayıq, burada heç nəyi istisna etmək olmaz". Bunu martın 27-də jurnalistlərə Ermənistanın keçmiş müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan" blokunun lideri Seyran Ohanyan KİV-də onun mümkün həbsi barədə yayılan informasiyaları şərh edərkən deyib.
Rusiyada mitinqlər zamanı Medvedev "xizək sürüb"
Rusiyanın baş naziri Dmitri Medvedev bazar günü korrupsiya ilə mübarizə şüarı altında mitinqlər keçirilən zaman "xizək sürüb". Mitinqlərin keçirilməsinə səbəb Medvedevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən araşdırmalar olub.
Suriya: ABŞ-ın dəstəklədiyi kürdlər Raqqa yaxınlığında aviabazanı tutdu
ABŞ-ın dəstəklədiyi Suriya Demokrat Qüvvələri (SDQ) Raqqanın 45 kilometrliyində yerləşən Tabqa Hava bazasının İD-dən "tamamilə geri alındığını" bəyan edib.
Terrorçu Məsud London hücumundan əvvəl WhatsApp-da nə yazmışdı…
Böyük Britaniyanın daxili işlər naziri Amber Rudd WhatsApp və digər şifrəli mobil mesajlaşma proqramlarına kəşfiyyat xidmətlərinin girişinin olmasının lazım olduğunu söyləyərək "Terrorçuların gizlənəcək yerləri olmamalılıdır" deyib.
Rusiya etirazları: saxlanılmış Navalnı baş nazirin sorğulanmasını tələb edib
Rusiya müxalifət lideri Aleksey Navalnı bazar günü keçirilən etiraz aksiyalarında saxlandıqdan sonra bazar ertəsi günü məhkəmə çıxışında baş nazir Dmitri Medvedevin məhkəməyə çağırılmalı olduğunu deyib.
Çexiya prezidentinə porno tələ qurulubmuş
Çexiya prezidenti Miloş Zemanın dediyinə görə, ötən il Lana qəsrindəki yay iqamətgahında olanda kompüterinə haker hücumu olub.
"Çirkab təmizləyən" 84 qadın öldürüb - İstintaqda şok
Rusiyanın Anqarsk şəhərinin sakini, sabiq polis zabiti Mixail Popkova qarşı yekun ittiham irəli sürülüb. Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, M.Popkov daha 60 qadını xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanıb.
Ruhani Moskvaya getdi
İran prezidenti Həsən Ruhani Moskvaya rəsmi səfərə yola düşüb. Bu səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutub. İran prezidentinin Rusiya paytaxtına rəsmi səfəri çərçivəsdinə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə təxminən 10-a yaxın sənədin imazalanması planlaşdırılır. Yaxın 3 ildə İran və Rusiya iki ölkə arasında ticarət dövriyyəsini 10 milyard dollara qədər artırmaq niyyətindədir. Trend.az
Rusiya XİN rəhbəri ölkədə keçirilmiş etiraz aksiyalarına münasibət bildirib
“Rusiyada etiraz aksiyası keçirmək üçün edilən müraciətlə əlaqədar bələdiyyə orqanlarının qərarı onların səlahiyyətləri çərçivəsində qəbul olunub”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.
Feysbukda iki yeni funksiya
Feysbuk canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü və masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini açıqlayıb.
İranda sel nəticəsində 7 nəfər ölüb
İranın bir neçə əyalətində sel fəlakəti 7 nəfərin həyatına son qoyub. Ötən 3 gün ərzində davamlı və güclü yağışlar 15 əyalətdə, o cümlədən Tehran, İlam, Buşəhr, Cənubi Xorasan, Rəzəvi Xorasan, Xuzestan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kirman, Kirmanşah və digər yerlərdə daşqınlara səbəb olub.
Silah alveri ilə məşğul olan böyük cinayətkar dəstə zərərsizləşdirildi
Rusiyanın Federal Təhlükəsizlik Xidməti silah alveri ilə məşğul olan böyük dəstəni zərərsizləşdirib. Dəstə üzvlərindən üç təyyarə bombası, 56 ədəd odlu silah, 15 kq partlayıcı, qumbaralar, minalar və digər silah-sursat müsadirə edilib.
Türkiyədə terrorla mübarizə çərçivəsində əməliyyatlar
Türkiyənin daxili işlər nazirliyinin rəsmi məlumatına görə, ölkə üzrə keçirilən anti-terror əməliyyatları zamanı 46 terrorçu öldürülüb, 10 nəfər isə sağ olaraq ələ keçirilib.
Rusiya vətəndaşları Türkiyəyə xarici pasportsuz gələcəklər?
Rəsmi Ankara rəsmi Moskva ilə Rusiya vətəndaşlarının Türkiyəyə xarici pasportlar olmadan gəlməsi qaydalarını müzakirə etməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rus icmasının nümayəndələri ilə görüşü zamanı deyib.














