Dünya

Gülənin həbsdə olan qohumunun istəyi eşidənləri təəccübləndirdi

28 Mart 2017 11:22

Türkiyənin Kocaeli şəhərində FETÖ/PDY istintaqı çərçivəsində Fətullah Gülənin həbs edilən əmisi oğlu soyadını dəyişdirmək istəyir. 

2566 rüşvətxor tutulub geri qaytarıldı

27 Mart 2017 20:06

Çinin hakimiyyət dairələri "Səma şəbəkəsi" əməliyyatı çərçivəsində 2014-2016-cı illərdə xarici ölkələrə qaçmış 2566 rüşvətxor məmuru tutub ölkəyə qaytarıblar.

Emre Altuğla Çağla Şikel arasında buzlar əridi?

27 Mart 2017 19:14

Çağla Şıkelin keçmiş həyat yoldaşı və uşaqlarının atası Emre Altuğ ilə barışdığı iddia edilib. Məşhur model və aparıcı Çağla Şikel məsələyə dair suallara cavab verib. “Fashion Week” çərçivəsində bir çox dəfilədə podiuma çıxan Şikel "Moda həftəsində hər şey çox gözəl idi, çox gözəl işlər görülüb. Mənim nöqteyi-nəzərimdən müsbət qarşılandı” , - deyə cavab verib.

"Məni boşayıb ikinci dəfə evlənə bilər" - Demet

27 Mart 2017 19:09

Müğənni Demet Akalın Tekirdağda konsert verib. Səhnəyə çıxmadan jurnalistlərin suallarını cavablandıran ifaçı yorulduğunu deyib: "Özümü 100 yaşımda hiss edirəm. Yol gəlmişəm, avtomobil tutub məni. Kefim yoxdur".

Kadir İnanır altı il sonra yeni serialda

27 Mart 2017 19:04

"Yeşilçam" dövrünün məşhur siması Kadir İnanır altı il sonra ekranlara dönür. Son olaraq 2011-ci ildə "İzmir çetesi" adlı serialında çəkilən aktyor yeni ekran işində rol alacaq. 

Marsda sunaminin yaratdığı nəhəng krater tapıldı

27 Mart 2017 18:55

"Qırmızı planet"də sunami nəticəsində yaranan krater aşkar edilib. ABŞ-ın Texas ştatında təşkil edilən "48-ci Ay və Planet Elm Konfransı"nda kəşflərini təqdim edən kosmos alimləri kraterin, təxminən 3 milyard il əvvəl Marsın şimalında mövcud olan okeana düşən bir asteroidin yüksəkliyi 150 metrə çatan nəhəng dalğaları hərəkətə keçirməsi nəticəsində ortaya çıxdığını qeyd ediblər. 

Rusiya İNKAR ETDİ - Elə bir şey olmayıb

27 Mart 2017 18:50

Suriyada Rusiyaya məxsus hərbi vertalyotunun vurulduğu haqda məlumat yayılıb. Lakin Rusiyanın Suriyadakı atəşkəs izləmə mərkəzi, terrorçuların Lazkiyedə Rusiyaya məxsus bir helikopterin vurulmasıyla bağlı xəbərləri təkzib edib.

Baş nazir: "Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək olmaz"

27 Mart 2017 18:25

"Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək haqsızlıq olar". Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım "Qalatasaray" futbol klubunda cərəyan edən son hadisələri şərh edərkən deyib.